Rediküllərin qorxusu...
13.01.2024 [10:32]
Cəmil Həsənli nədən “narahatdır”?
Azərbaycanın son 3 ildə əldə etdiyi mühüm uğurlar ardıcıl və qətiyyətli siyasi kursun yaratdığı reallıqlara əsaslanır. Dövlətimizin istər xarici siyasət - diplomatik sferada, istər hərbi platformada, istərsə də regional məsələlərin həlli prosesində ortaya qoyduğu potensial bütövlükdə yeni mənzərə yaradıb - Azərbaycan Cənubi Qafqazın lideri olmaqla yanaşı, regional proseslərlə bağlı beynəlxalq mühitin əsas istinad nöqtəsi kimi çıxış edir. Başqa sözlə, bölgədə Azərbaycanın razılığı olmadan hər hansı bir siyasi-iqtisadi proseslərin inkişafı mümkün deyil.
Yaranmış bu mənzərənin konturları Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsində bütün ştrixkləri ilə geniş ictimaiyyətə açıqlanır. Qeyd edək ki, müsahibə Azərbaycanın uğurlu qələbələrinin, beynəlxalq nüfuzunun artmasının, rasional siyasi kurs nəticəsində proseslərin tənzimlənməsindəki rolunun günü-gündən artmasının hərtərəfli izahını özündə əks etdirməklə yanaşı, dövlətin prioritet məsələlər üzrə perspektiv davranışlarının strateji yol xəritəsi mahiyyətini daşıdı. Məlum oldu ki, bütövlükdə proseslərə tam nəzarəti uğurla həyata keçirməklə yeni siyasi-hərbi reallıqları Azərbaycanın uğur trayektoriyasına çevrilməsini təmin edən dövlətimiz qarşıdakı mərhələdə də müstəqil və milli maraqlar müstəvisindəki addımlarını qətiyyətli şəkildə davam etdirəcək.
Bu amil isə təbii olaraq fərqli dairələrin yerli “QULluqçu”larını narahat edir. Azərbaycanın milli mənafeyini ən yüksək şəkildə qoruması, regionda təhlükəsizlik arxitekturasının qurulması prosesinə nəzarət etməsi, ən nəhayət yeni münasibətlər sisteminin bütövlükdə regional maraqlarla uzlaşdırılması ermənipərəst dairələrin əlaltılarının yenidən “fəallaşdırılması” “zərurətini” yaradıb.
Məsələn, açıq şəkildə ermənipərəstlərlə işbirliyində olan antimilli şuranın qoca “fəxri sədri” Cəmil Həsənlinin “aktivləşdirilməsi” səbəbsiz deyil - sadəcə olaraq “qoca ermənipərəstin” arqumentsizlikdən “əziyyət çəkdiyi” ilk baxışdan aydın olur.
Xəyanətkarlığı iliyinə qədər işləmiş Cəmil Həsənlinin sosial şəbəkələrdəki “silsilə moizə”ləri birmənalı şəkildə əsassızdır və sabun köpüyü xarakteri daşıyır - 3 il öncə Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin çoxsaylı xarici mətbuata müsahibələri deyəsən Cəmilin “yaddaşında” deyil. Həmin vaxtı xüsuslə Fransanın və bəzi başqa ölkələrin mətbu orqanları Azərbaycana qarşı qara piar kampaniyası aparmağa çalışırdı - həmin günlərdə Prezident İlham Əliyevin tutarlı, arqumentli və beynəlxalq hüquqa əsaslanan cavabları həmin ermənipərəst dairələrin “mətbu dayaqlarını” yerlə yeksan etdi. Azərbaycan Prezidenti onların əsl məqsədlərini siyasi peşəkarlıqla ifşa etdi və dünya ictimaiyyəti qarşısında onların əsl siması bir daha nümayiş olundu. Həmin günləri “xatırlamayan” Cəmil onu xatırlamalıdır ki, Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə - Münhen Təhlükəsizlik Konfransında, Davos İqtisadi Forumunda və saymaqla bitməyən daha başqa beynəlxalq təşkilatlarda mətbuat konfransında arqumentli cavabları ilə hər zaman seçilən liderlərdəndir.
Cəmil Həsənlinin “kütləşmiş” yaddaşına salmaq lazımdır ki, Qarabağdakı Rusiya sülhməramlılarının taleyi ilə bağlı məsələ 10 noyabr üçtərəfli Bəyanat ilə tənzimlənir - o ki qaldı, seçki məsələsinə, burada da Cəmil Həsənlinin “QUL”luq göstərdiyi dairələrin qorxusu anlaşılandır - Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı irəli sürdüyü strateji yol xəritəsi Fransa başda olmaqla bütün destruktiv qüvvələrə verilən tutarlı cavab idi - Azərbaycan Cənubi Qafqazın maraq savaşı xarakterindən əməkdaşlıq platforması xarakterinə keçidini təmin edib.
C.Həsənlinin “ağrısı” başadüşüləndir. Güclü Azərbaycan Cəmil Həsənli də daxil olmaqla redikül müxalifət üçün ən qorxulu tendensiyadır - milli maraqlara istinad, hədəflərin müəyyənləşməsində milli mənafenin ən ümdə amil kimi götürülməsi onları “çətin duruma” salır. Azərbaycanın beynəlxalq arenadakı rolu və yeri gücləndikcə bölgə üçün destruktiv planlar quran dairələrin və onların Cəmil Həsənli kimi əlaltılarının oxları daşa dəyir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

