Qalib xalqın qalib Liderinə səs verək!
15.01.2024 [22:32]
Xətai rayonunda seçicilərlə görüş keçirilib
2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Xətai rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri - akademik Vaqif Abbasov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, Vətən müharibəsi qaziləri Xəyyam Fərzəliyev və Vüsal Həsənov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qatılıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu illər ərzində Azərbaycana qazandırdığı möhtəşəm uğurlar göz qabağındadır. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir. Bu uğurlar möhkəm təmələ söykənir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi əsasında Azərbaycan yenidən quruldu, qısa zamanda davamlı uğurları ilə diqqətdə oldu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl son 20 ildə qazanılan uğurlara stimul verdi. Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı, zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu.
Çıxış edənlər bildiriblər ki, son 20 ilin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. 30 ilin işğalına son qoyuldu, 27 il kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. 2023-cü ilin aprelində Laçın sərhəd-keçid məntəqəsinin yaradılması, həmçinin sentyabrın 19-20-də Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Sentyabrın 20-dən sonra Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövr bu gün yeni hədəfləri ilə diqqətdədir.
Çıxışlarda seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar edilib.
Görüşdə çıxış edən seçicilər yalnız bir seçimlərinin olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, cənab İlham Əliyevə səs verəcək, onun ətrafında daha sıx birləşərək qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlara imza atmasına dəstək olacaqlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

