Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək

GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək

22.01.2024 [15:06]

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

Bu barədə AZƏRTAC-a GUAM-ın katibliyindən məlumat verilib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30