Ədəbiyyatşünaslıq tariximizdə Köçərli imzası!
26.01.2024 [11:00]
Görkəmli pedaqoqun doğum günüdür...
Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında onun böyük xidmətləri olub. O, xalqımızın bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi tapıb qiymətləndirməyi bacarıb, Azərbaycan ədəbiyyatının böyük ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu iftixarla təhlil və sübut edib.
Bu görkəmli şəxsiyyət ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı. O, Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz və vətənpərvər tədqiqatçısı idi. Məhz Firidun bəy Köçərlinin sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdı. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilib. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olub.
Firidun bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra aparılacaq tədqiqatlarda onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar ediləcək. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq, gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilib. Şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr də, tarixdən, sənədlərdən silsələr də, ürəklərdən silə bilmədilər. Firidun bəy Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar toplayaraq, əsərlər meydana gətirdilər. Bu gün Azərbaycan oxucuları Firidun bəy Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.
Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan gənclərinin savadlanmasına, təhsilli olmasına həsr edib. O, Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı nümunəsi olmuşdu. Firidin bəy Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda onların yaşadıqları evlərinə gedir və şagirdlərinin həyat tərzi, sosial vəziyyətləri və təlim-tərbiyəsi ilə də maraqlanırdı. Firidun bəy istər dərs zamanı, istərsə də dərsdən kənarda şagird və tələbələrinə eyni münasibəti, mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da, müəllimlik borcu hesab edirdi. Firidun bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu, müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.
Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən gözəl hədiyyəsi onun yaratdığı əsərləri idi. Xüsusilə də Azərbaycan şairləri haqqında yazdığı “Azərbaycan Türklərinin ədəbiyyatı” adlı əsəri mədəniyyətimizin incilərindən hesab edilir. Minbir əziyyətlə yığıb topladığı bu əsər, sonradan bir qədər artırılmış və “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr olunmuşdu. Nə yaxşı ki, Firidun bəy Azərbaycanın klassik şairləri, Nizami Gəncəvidən tutmuş M.Ə.Sabirə qədər olan şairlərimiz haqqında dəyərli məlumatları zamanında ədəbiyyatımız üçün topladı və bu gün biz klassiklərimizi tanıyır, ən əsası isə kimliyimizi bilirik. Əbəs yerə demirlər ki, Azərbaycan ədəbiyyatını Firudin bəy Köçərli yaratmışdı.
Firidun bəy dilimizin qorunmasına da daha çox diqqət edirdi. O, qələm sahibi olanlardan xahiş edirdi ki, Azərbaycan lüğətinə yad sözləri gətirməsinlər. Çünki dilimiz sadə, axıcı və zəngindir.
Yeri gəlmişkən, bu gün görkəmli ədibin anadan olmasından 161 il ötür. O, 1863-cü ilin 26 yanvar tarixində Qarabağın dilbər guşəsi Şuşada dünyaya göz açıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

