Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məntəqə sədri: “Bu seçkilər Xocalı sakinləri üçün xüsusi məna daşıyır”

Məntəqə sədri: “Bu seçkilər Xocalı sakinləri üçün xüsusi məna daşıyır”

07.02.2024 [16:21]

“Xocalı sakinləri Zəfər seçkilərində sevinc və qürur hissi ilə iştirak edirlər. Gəncədə - Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbədə sanki bayram əhval-ruhiyyəsi var. Çünki bu seçkilər bizim üçün xüsusi məna daşıyır. İlk dəfədir ki, prezident seçkiləri işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən doğma Xocalımızda da keçirilir”. Bunu secki-2024.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 84 saylı məntəqəsinin sədri Zülfü Quliyev bildirib.

O vurğulayıb ki, hazırda seçki prosesi qanunvericiliyə uyğun, yüksək seçici fəallığı ilə davam edir: “Məntəqədə 830 seçici qeydiyyatdadır. Onlardan 14 nəfərin yaşı 80-dən yuxarıdır, 22 gəncimiz isə ilk dəfə səs verir. Seçicilər səs vermək üçün aktiv şəkildə məntəqəyə gəlirlər. Zəfər seçkiləri yaddaşımıza əbədi yazılacaq”.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31