İqlim dəyişikliyi ilə bağlı atılan addımlar - Kioto Protokolu...
24.02.2024 [10:45]
COP29 dünyanı təhdid edən ən mühüm problemin müzakirəsini təmin edəcək
Günel ABBAS
Qlobal istiləşmə, iqlim dəyişikliyi və qlobal istiləşmənin yaratdığı problemlər hər gün daha aydın nəzərə çarpır. Qlobal istiləşmənin nəticələrindən qorunmaq üçün atılan addımlardan biri və ən mühümü Kioto Protokoludur. Beynəlxalq müqavilə olan Kioto Protokolu 1997-ci ilin dekabrında bir çox ölkənin iştirakı ilə imzalanıb.
Kioto Protokolu zərərli qazları 5 faiz azaltmağı hədəfləsə də, daha çox insanların iqlim dəyişikliyinin qarşısını almaq üçün nə edə biləcəyi ilə maraqlanmağa imkan yaratdı. Kioto protokolu ilə atılan bu addım həm bu günümüzə, həm də gələcəyimizə təsir edir.
Kioto Protokolundan əvvəl...
1997-ci ildə imzalanmış sənəd iqlim dəyişikliyinin qarşısının alınması üçün beynəlxalq səviyyədə atılan ilk addım deyil. Alimlər 1800-cü illərin sonlarında artıq karbon qazı emissiyaları və bunun səbəb ola biləcəyi problemlər haqqında danışmağa başlamışdılar. Lakin bu bəyanatlar 1972-ci ilə qədər yalnız sözdə müzakirə xarakteri daşıdı və heç bir real addım atılmadı. 1972-ci ildə İsveçdə keçirilən İnsan və Ətraf Mühit üzrə Beynəlxalq Konfrans ekoloji problemlərlə bağlı keçirilən mühüm toplantılardan biri kimi tarixə yazıldı. İnsan və Ətraf Mühitə dair Beynəlxalq Konfransın əhəmiyyəti olduqca yüksək idi. Hətta bir çox müxtəlif ölkələr ilk dəfə idi ki, ətraf mühitin qorunmasına yönəlmiş konfransda bir araya gəlmək şansı qazanmışdılar.
Bu konfransdan sonra - 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) hazırlandı. UNEP sayəsində bir çox beynəlxalq müqavilələr imzalandı. Nəsli kəsilməkdə olan canlıların sağ qalmasını təmin etmək üçün imzalanmış CITES Konvensiyası və dənizlərdə çirklənmənin qarşısını almaq üçün imzalanmış MARPOL müqavilələri bunlardan yalnız ikisidir və hər iki sənəd UNEP-də əks olunan təməl prinsiplərə söykənirdi..
1997-ci ildə Kiotoda imzalanmış protokol isə daha müham və fərqli statusa malik oldu - sənəd sənayeləşmiş ölkələrin üzərinə müəyyən yeni vəzifələr qoymağı ilə seçildi. Kioto Protokolu çərçivəsində istixana qazlarının emissiyalarının məhdudlaşdırılması öhdəliyi qlobal müstəvidə ön plana çıxarıldı. Öhdəliklər yerinə yetirildikdə atmosferdə istixana qazlarının konsentrasiyasının heç bir təhlükə yaratmayacaq səviyyəyə çatacağı gözlənilirdi. Tərəflərin 3-cü Konfransında təsdiq edilmiş protokol bəzi ölkələrin gecikdirməsi səbəbilə yalnız 2005-ci ildə qüvvəyə minə bildi.
İqlim dəyişikliyi ilə bağlı nə edə bilərik?
Dünyanın ən mühüm və qlobal problemi sayılan atmosferin təmizlənməsi prosesinə hər bir ölkə, hər bir dövlət öz töhfəsini verməlidir. Çünki dünya ümumi yaşayış məskənidir. Ən əsası isə karbon emissiyalarını azaltmaq üçün bir çox tədbirlər görülə bilər. Məsələn, artıq illərdir ki şəxsi nəqliyyat vasitələri yerinə ictimai nəqliyyata üstünlük verilməsi ilə bağlı aktiv təbliğat aparılır. Mümkün yerlərə hətta piyada və ya velosipedlə getmək məsləhət görülür. Paralel olaraq su və enerji ehtiyatlarından ehtiyatla istifadə etmək və təkrar emala əhəmiyyət vermək karbon emissiyalarını azaldır.
Dövlətlər Kioto Protokolu kimi müqavilələr imzalayarkən, fərdlər də gündəlik həyatlarında düzgün qərarlar qəbul edərək iqlim dəyişikliyinin qarşısını almaq üçün mühüm addımlar ata bilərlər. Hər gün adam başına 4 kq CO2 qəbul edən okeanlar son 300 milyon illə müqayisədə böyük sürətlə turşulaşır. Ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi kimi mövzularda insanların maarifləndirilməsi üçün kiçik addımların atılması belə çox böyük nəticələr vəd edir. Hər bir şəxs bu məsələdə qətiyyətli mövqe tutsa, dövlətlər Kioto protokolu və Paris İqlim Sazişi kimi sazişlərə daha ciddi yanaşsa bu kimi problemlərin həllində mühüm imza atmış olarıq. Azərbaycanda baş tutacaq COP29-un ən mühüm hədəflərindən biri də məhz yaşıl gələcəyin təmin edilməsinə hesablanıb. Hər zaman qlobal təşəbbüsləri ilə seçilən ölkəmiz COP29-a ev sahibliyi edərkən dünyanı təhdid edən ən mühüm problemin həllində yaxından və fəal iştirakçı olacaq, qlobal diqqəti problemə fokuslayacaq...
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

