AZƏRTAC 104 yaşında...
01.03.2024 [11:07]
Məlum olduğu kimi, yaşadığımız əsri informasiya əsri də adlandırırlar. Həqiqətən də bu gün ictimai-siyasi, sosial-mədəni inkişafdan tutmuş ən xırda məişət problemlərinə qədər hər bir an informasiya ilə sıx bağlıdır. Bu informasiyaların isə ictimai şüura təsirini şərtləndirən müsbət və mənfi tərəflər mövcuddur. Təbii ki, bu da informasiya məhsulunu istehsal edən xəbər agentliklərinin, teleradio şirkətlərinin, mətbuat orqanlarının peşəkarlığı, hadisələrə, məsələlərə yanaşma tərzi və təqdimat mədəniyyəti ilə bağlıdır. Hətta “informasiya müharibəsi” həddinə çatdırılmış bütün bu xəbər qarşıdurmasında doğrunu saxtadan ayırmaq, nəyin həqiqət, nəyin yalan, yaxud təhrif olduğunu müəyyən etmək müşkül məsələyə çevrilib. Yeganə çıxış yolu illərin axarıyla sınanmış etibarlı mənbələrə üz tutmaq, həqiqi olanı onlarda arayıb-axtarmaqdır. Ölkəmizdə dürüstlüyü və dəqiqliyi ilə tarixin sınaqlarından keçmiş, sağlam mövqeyi, operativliyi və qərəzsizliyi ilə milyonların etimadını qazanmış etibarlı mənbələrdən biri də Azərbaycan Dövlət İnformasiya Agentliyidir.
Bu inamın səbəbi qurumun yarandığı gündən ənənələşmiş sağlam iş prinsipini, cəmiyyətin ayarlanması və saflaşdırılmasına yönələn müqəddəs amalını qoruyub saxlamasıdır. Yeri gəlmişkən, 1920-ci il martın 1-də AXC tərəfindən yaradılan AZƏRTAC-ın bu gün 104 yaşı tamam olur. Agentliyin ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü gördü. Onun müstəqil xəbər mənbəyi kimi fəaliyyəti cəmi 58 gün sürdü.
Tarixə baxış...
AXC-nin yadigarı olan ilk milli informasiya agentliyi çətin və mürəkkəb, lakin şərəfli bir yol keçib. 1919-cu ildə Azərbaycan parlamentində və hökumətində milli xəbər agentliyinin yaradılması ilə bağlı qızğın müzakirələr gedir və bunun üçün imkanlar axtarılırdı. Təşkilati işlər, texniki avadanlıq əldə olunması və kadr axtarışları xeyli vaxt apardı.
1920-ci il martın 1-də qəzetlərdə “AZƏRTAC” imzası ilə ilk xəbər dərc olundu. İş yenicə sürət yığmağa başlamışdı ki, Cümhuriyyət süquta uğradı. Zamanın sərt küləkləri AZƏRTAC-ı da silkələməyə başladı. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı yeddi dəfə dəyişdirildi. O, faktiki olaraq Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) yerli filialına çevrildi. Həmin dövrün ziddiyyətlərinə və mürəkkəbliyinə, təbliğatın bütünlüklə sovet ideologiyası üzərində qurulmasına baxmayaraq, agentlik Azərbaycanın salnaməsini yazmaqda davam etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə milli mətbuatımızın, o cümlədən AZƏRTAC-ın qarşısında yeni üfüqlər açıldı. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin milli maraqlara köklənən ideoloji əsasları quruldu və burada mediaya xüsusi yer ayrıldı. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bir nömrəli vəzifə kimi qarşıya qoyuldu. Ulu Öndər bunun çox vacib olduğunu böyük uzaqgörənliklə vurğulayaraq deyirdi: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”. O vaxtdan etibarən agentlik öz fəaliyyətini və bütün səylərini bu istiqamətə yönəltməyə başladı...
İnformasiya nəhəngləri ilə bir sırada
AZƏRTAC ötən müddətdə 50-dən çox xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), Ukrinform (Ukrayna), BELTA (Belarus), MTI (Macarıstan), Yonhap (Koreya Respublikası), Kazinform (Qazaxıstan), KYODO (Yaponiya), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı) və digər nüfuzlu xəbər yayımçıları var.
8 dildə gündəlik 500 xəbər...
Bu gün AZƏRTAC fasiləsiz olaraq səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dillərində gündə orta hesabla 500-dək informasiya, o cümlədən video və foto xəbərlər yayır. O, 5 qitənin hamısını əhatə edən geniş müxbir şəbəkəsinə malikdir. Agentliyin izləyici auditoriyası milyonlarla ölçülür.
104 il böyük bir müddət olmasa da, bir media qurumu üçün çox böyük və qürur yaşadacaq zaman kəsiyidir. Azərbaycanın uğurlarını daha geniş coğrafiyada operativ işıqlandıran agentliyin xəbərləri dünyanın 100-dən çox ölkəsinə yayılır. Qəzetimiz adından AZƏRTAC kollektivini təbrik edir, daha böyük uğurlara və hədəflərə çatmalarını arzulayırıq!.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

