Menendesə qarşı yeni iddia
07.03.2024 [11:00]
O, ədalət mühakiməsinə mane olmaqda ittiham olunub
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendesin qeyri-qanuni əməlləri haqqında yeni faktlar ortaya çıxır. Korrupsiyada ittiham olunan Nyu-Cersi senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində dərc edilən yenilənmiş hesabatda senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı, ədalətə mane olmaqla bağlı yeni ittihamlar yer alıb.
Qeyd edək ki, Bob Menendes Misirin xarici agenti kimi fəaliyyət göstərib. Onun Misirin xarici agenti kimi fəaliyyət göstərməsinə dair əlbirlik iddiaları ilə bağlı ittiham aktı 2016-cı ildə baş tutmuş seçkidən sonra artan xarici təsirə qarşı prokurorluğun daha geniş mübarizə aparmasına səbəb olub. Bu barədə “USA Today” nəşri Nyu-Cersidən olan senator Bob Menendes və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc etmişdi. ABŞ-ın federal prokurorlarının verdiyi məlumata görə, sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misirin hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini qeyd ediblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair şokedici ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Ötən ilin oktyabr ayında Nyu-York Federal Məhkəməsinin binasında baş tutan məhkəmədə xarici agent kimi fəaliyyətdə, həmçinin daha əvvəl rüşvətxorluq və qəsbkarlıqda ittiham olunan cütlük günahsız olduqlarını bildirib. Qeyd edək ki, ittiham aktı ABŞ senatoruna qarşı irəli sürülən ən ağır cinayət ittihamıdır. İddia edilir ki, Menendes öz vəzifəsini və nüfuzunu şəxsi mənfəəti üçün xarici ölkəyə satıb. İttiham aktında senatorun maliyyə mənfəəti üçün milli təhlükəsizliyi sarsıtdığına dair faktlara ətraflı nəzər salınır.
Xatırladaq ki, onilliklər ərzində Misir ABŞ-ın sadiq müttəfiqi və dünyanın ən qeyri-sabit regionlarından birində Birləşmiş Ştatlardan ən çox yardım alan ölkə olub. ABŞ-ın Misirdə insan haqları ilə bağlı məsələlərdə narahatlığı səbəbindən son illərdə iki ölkə arasında münasibətlər müəyyən qədər pisləşib.
Onu da qeyd edək ki, Robert Menendesin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla “birləşəndən” sonra baş verib. “Arslanyan” soyadını Menendesə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendesin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendesin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməs qadağasını açıq şəkildə pozduğu qeyd olunub.
Bütün bunlar Menendesə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər, həmçinin siyasi kampaniya töhfələri almaqda ittiham edilmişdi. Bundan başqa Menendes rüşvət almaqda və Qətərə casusluqda da ittiham olunur. Senator rüşvət kimi qiymətli əşyaları, pulları, “Formula 1” dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

