Donald Trampa qarşı sui-qəsd...
17.07.2024 [10:43]
ABŞ-da prezident seçkiləri kampaniyasına necə təsir edəcək?
İlyas Hüseynov: Sui-qəsd hadisəsi Trampın reytinqinə müsbət təsir göstərəcək
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə indiki prezident, demokratların namizədi Cozef Bayden və keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp arasında gedir. Bu yaxınlarda hər iki namizəd debata da çıxdılar. ABŞ Prezidenti 81 yaşlı Co Baydenlə 78 yaşlı Donald Tramp arasındakı debat dünya ölkələrində maraqla izlənildi. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəldilər. 90 dəqiqə davam edən, Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səslə Tramp olub. Qərb ölkələri isə ABŞ Prezidenti Co Baydenin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Trampla debatdakı zəifliyindən təşvişə düşüb. Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb. Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəkətlərindən məyus olduqlarını və hətta narahat olduqlarını ifadə ediblər. “Tramp özünün tipik qəribə açıqlamalarını versə də, Baydenin qəbul edilən zəifliyi daha çox göz qabağındadır. Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir, - deyə avropalı diplomatlar nəşrə bildiriblər. Vitse-prezident Kamala Harris isə debatdan sonra deyib ki, amerikalılar onun debat çıxışlarına deyil, ölkə üçün gördüyü bütün işlərə diqqət yetirməlidirlər.
Bütün bunların fonunda ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olundu. Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribunadan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlanıb. Sui-qəsd zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı zərərsizləşdirilib.
Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şəraitdə olduğuna dair məlumat yayıb. Ağ Evin rəhbəri Bayden də hadisədən sonra Trampla telefonla danışıb: “Mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib. “Ötən gün də dediyim kimi ABŞ-da bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, - deyə ABŞ Prezidenti qeyd edib.
Bəs D.Trampa qarşı sui-qəsd prezident seçkiləri kampaniyasına necə təsir edəcək? Bir çox ekspertlərin qeyd etdiyi kimi, Trampın seçki kampaniyası üçün bu hadisədən böyük, güclü və təsirli reklam ola bilməz. Belə bir fövqəladə situasiyada öz yaşı üçün cəld reaksiyası və bundan dərhal sonra nümayiş etdirdiyi qətiyyəti Trampla Bayden arasındakı mövcud fərqi açıq şəkildə ortaya qoydu. Bu, son ana qədər seçimini etməyən amerikalıların, hətta Baydenə üstünlük verənlərin bir çoxunun Trampla Bayden arasındakı seçiminə aydınlıq gətirməsinə kifayət edəcək qədər təsirli mənzərə oldu.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-ın 45-ci prezidenti, seçkilərdə namizəd D.Trampa qarşı sui-qəsd cəhdi bütün dünyada müzakirə obyektinə çevrilib, ciddi rezonans doğurub. Onun sözlərinə görə, hadisə ilə əlaqədar müxtəlif versiyalar olsa da, fakt-faktlığında qalır ki, sui-qəsd cəhdi seçki öncəsi Trampın reytinqinə müsbət təsir göstərib: “Müxtəlif beyin mərkəzlərinin, sosioloji tədqiqatlar mərkəzinin araşdırımalarının nəticəsi olaraq görürük ki, proseslər Trampın xeyrinə cərəyan edir. Yəni, o, bu hadisə fonunda əlavə sosial baza qazanmış oldu. Bu, əlbəttə ki, onun üçün böyük şansdır və seçki kampaniyasında Respublikaçıların mövqeyini bir qədər də gücləndirmiş oldu. Bilirsiniz ki, keçirilən debatda Tramp Baydenə üstün gəlmişdi, sui-qəsddən sonra o, əlavə siyasi xal qazandı”.
Bununla belə politoloq hesab edir ki, baş vermiş hadisə ciddi araşdırmalıdır. Eyni zamanda, prezidentliyə namizədlərin təhlükəsizliyinin daha da gücləndirilməsi Konqresdə müzakirə mövzusuna çevrilib. “Bütövlükdə hadisələr payızda ABŞ-da prezident seçkilərinin nə dərəcədə gərgin və qızğın mübarizə şəraitində keçəcəyini göstərir. Eyni zamanda, Trampı dəstəkləməyən qüvvələrin də hərəkətə keçməsi gözləniləndir”,-deyə İ.Hüseynov vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

