Yardım davam edəcək
20.03.2025 [11:33]
Trampın əsas məqsədi atəşkəsə nail olmaqdır
ABŞ Ukraynaya silah-sursat tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir. Ukraynanın media orqanı - “UNİAN”ın məlumatına görə, bu, martın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarının yekunlarına dair birgə bəyanatda qeyd olunub. “ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - deyə bəyanatda bildirilib.
Mətndə, həmçinin vurğulanıb ki, Vaşinqton və Kiyev davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb. Bu kontekstdə hər iki ölkənin nümayəndələri dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndiriblər və uzunmüddətli sülhün bərqərar olması prosesinə indi başlamağın vaxtı olduğu ilə razılaşıblar. Xatırladaq ki, hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsi fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş verən mübahisədən sonra qısa müddətə dayandırılmışdı.
Tramp Putini atəşkəsə vadar edir?
Maraqlısı budur ki, Trampın bu qərarı bir çoxları üçün təəccüblü görünür. Bir yandan münaqişə tərəfləri arasında atəşkəsə nail olmaq istəyir, digər tərəfdən isə Ukraynaya hərbi yardımı davam etdirir. Ümumiyyətlə, Trampın bir-birinə zidd addımlar atması qeyri-müəyyənlik yaradıb. Bir çoxları üçün Trampın əsl niyyətinin nə olduğu qaranlıq qalır. Ekspertlərin fikrincə, Vaşinqtonun Kiyevə hərbi yardımı bərpa etməsi bir neçə səbəblə bağlıdır. Onlar hesab edirlər ki, Putinin Vaşinqtonun təklifinə o qədər də müsbət yanaşmaması ABŞ-da ciddi narahatlıq yaradıb - onların iddialarına görə, Trampın bu qərarında əsas hədəfi Putini atəşkəsə razı salmaqdır. Artıq Trampın özü və onun komandasının üzvləri atəşkəslə bağlı Moskvaya ciddi xəbərdarlıq edib.
Tramp istəyinə nail olacaq
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp Kiyevə şərtlərini qəbul etdirməyi bacardı. “Trampın martın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-Ukrayna danışıqlarından sonra Ukraynaya hərbi yardımı bərpa etməsi barədə qərarı həm gözlənilən, həm də təəccüblü idi. Bildiyimiz kimi, Ukraynaya ABŞ-ın silah təchizatı Zelenski ilə olan görüşün gərgin və nəticəsiz keçdiyi üçün dayandırılmışdı. Lakin Ciddədə keçirilən görüşdə Ukrayna nümayəndə heyətinin ABŞ tərəfindən irəli sürülən bütün təkliflərə, hətta atəşkəs rejiminin tətbiq olunmasına razılıq verməsi vəziyyəti dəyişdi. Məhz bundan sonra ABŞ Kiyevə silah-sursat təchizatını bərpa etdi”, -deyən politoloqun sözlərinə görə, ABŞ Ukraynada atəşkəsin təmin olunmasına nail olacaq: “Rusiyanın danışıqlar və atəşkəs üçün irəli sürdüyü tələblərdən biri Ukraynanın Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən silahlandırılmasının dayandırılmasıdır. Rusiya israrla Ukraynaya hərbi yardımın kəsilməsini tələb edir. Amma bu tələb və şərtlər nə Aİ, nə də ABŞ tərəfindən qəbul olunub. Çünki onlar müharibənin davam etdiyi halda Ukraynanın təchizatının kəsilməsini Rusiyanın daha geniş əraziləri işğal etməsinə gətirib çıxaracağını düşünürlər. Trampın əsas məqsədi atəşkəsə nail olmaqdır. Hesab edirəm ki, Tramp Moskvanı da öz təklifini qəbul etdirməyi bacaracaq”.
Ə.İbrahimov əlavə edib ki, atəşkəs əldə edildikdən sonra həm Rusiyanın, həm də Ukraynanın irəli şərtləri danışıqlar masasına çıxarılacaq: “Məhz buna görə də atəşkəs elan olunana qədər Ukraynaya hərbi yardımın davam edəcəyi heç kimdə şübhə doğurmamalıdır”.
Yunis
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

