Azərbaycan - Çin əlaqələri yeni mərhələdə...
04.04.2025 [10:46]
Tərəfdaşlığımız regionda çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticədə isə ölkəmiz dünyanın demək olar ki, bütün regionları ilə əlaqələrini inkişaf etdirir, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir.
Dostluq, tərəfdaşlıq və əməkdaşlıq...
Qeyd edildiyi kimi, ölkəmizin müxtəlif inkişaf səviyyəsinə malik olan dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurması böyük üstünlük formalaşdırır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf etdirilir. Bu münasibətlərin bariz nümunəsi isə Azərbaycan-Çin münasibətləridir. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edərkən ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib. Görüş zamanı gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminlik vurğulanıb, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etməsi qeyd olunub.
Birgə Bəyannamə Çin - Azərbaycan əlaqələrinin perspektivini əks etdirir
Bəli, Azərbaycan ilə Çin arasında son illərdə əməkdaşlıq səviyyəsinin artan xəttlə inkişaf etməsi aydın şəkildə nəzərə çarpır və bu amil bir çox mətləblərdən xəbər verir. Çin yaşadığımız əsrdə qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Rəsmi Pekin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv ölkələrdən sayılır - Avrasiya geoməkanında, xüsusilə də Azərbaycanın mühüm təsir imkanları yaratdığı Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üzrə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşmasında Çin faktoru xüsusi əhəmiyyətə malikdir. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə də məhz bu müstəvidən yanaşmaq daha doğru olardı: müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir.
Çinin Azərbaycana böyük etimadı...
Ümumiyyətlə, dövlətlər arasında müsbət dinamikaya malik əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri də mühüm rol oynayıb. Dövlət başçılarının görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Prezident İlham Əliyevin 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı kimi təmsil olunması həm də dövlətimizin başçısına bir lider kimi olan etimadın yüksəkliyini ortaya qoyur. Beləliklə, Azərbaycan ilə Çin arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb.
Bütün sahələrlə qarşılıqlı dəstək nümayiş olunur...
Ötən il imzalanan Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə dinamik və işgüzar xarakter daşıyan bu əlaqələri yeni mərhələdə yeni müstəviyə daşıyıb. Sənədə nəzər saldıqda, iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəfli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş kimi yanaşması bizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir.
Paralel olaraq hər iki ölkə biri-birinin ərazi bütövluyünü tanıyır və dəstəkləyir. Qeyd edək ki, “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan hər zaman “vahid Çin” siyasətini dəstəkləyib. Bizim mövqeyimiz bundan ibarətdir ki, davam edən problemdə hüquqi mövqe Çinə aiddir - rəsmi Pekinin tələbləri beynəlxalq hüquqa əsaslanır. Çinin Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsinə gəlincə isə, rəsmi Pekin hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyıb. Ən əsası isə post-müharibə dövründə baş tutan beynəlxalq tədbirlərdə və konfranslarda Çin dövlətinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini təqdir edib. Çin yeni dönəmdə Azərbaycanın bölgədə yaratmağa çalışdığı davamlı sülh və sabitlik arxitekturasının mühüm bir coğrafiya üçün perspektiv üstünlüklər yaradacağını hər zaman vurğulayıb. Bu mənada, dünyanın ən aparıcı siyasi-iqtisadi güclərindən sayılan Çinin Azərbaycanı dəstəkləməsi sülh prosesinin müsbət nəticələrə yol açmasında mühüm bir mərhələdir.
Xalqlar arasında təmas artır...
Çin həm də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Bu, Pekinin adıçəkilən Strateji Bəyannamə ilə bağlı mövqeyində də açıq görünür. Azərbaycanın regionda oynadığı rol artmaqdadır və Çinin ölkəmizə qarşı yanaşmasında sərgilədyi əməkdaşlıq mövqeyi regional lider statusu ilə uzlaşır. Azərbaycan dünyaya açıq bir ölkədir - biz bərabərhüquqlu tərəfdaşlığı, investisiya mühitinin inkişafını, cəmiyyətlərarası inteqrasiyanı gücləndirməyi təşfiq edirik və bu yöndə addımlar atırıq. Məsələn, bir müddət öncə Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Xatırladaq ki, bu ilin fevralında Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirmişdi ki, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər: “Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.
İki ölkənin hakim partiyaları arasında əlaqələr güclənir
Ölkələrimiz arasındakı müsbət siyasi dialoqdan bəhs edərkən iki dövlətin hakim partiyaları arasındakı münasibətlərə də toxunmaq lazımdır. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə geniş əlaqələrə malikdir. Partiyalar arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. Bu mənada, qarşılıqlı səfərlərin də önəmi xüsusi qeyd edilməlidir. Xatırladaq ki, hər iki ölkənin iqtidar partiyasının rəsmi şəxsləri mütəmadi olaraq qarşılıqlı səfərlər edir, partiyalararası münasibətlərin inkişafını, intqerasiyanı daha da gücləndirirlər. Yeri gəlmişkən, aprelin 2-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. Tahir Budaqov bildirib ki, son illərdə hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir. Xüsusilə də, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafına təkan verməkdədir: “2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandumun imzalanması isə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Memorandumdan irəli gələrək əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir”.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

