ABŞ ölkəmizdə maliyyə şəffaflığını qiymətləndirib
18.08.2026 [10:55]
Dövlət Departamenti Azərbaycanı fiskal şəffaflıq üzrə tələblərə cavab verən dövlətlər sırasına daxil edib
ABŞ Dövlət Departamenti bu günlərdə açıqladığı “2026-cı il Fiskal Şəffaflıq Hesabatı”nda dünya ölkələrinin maliyyə şəffaflığı tələblərinin illik icmalını aparıb və illik qiymətləndirmə meyarlarını yeniləyib. Departament 139 hökumətin (və Fələstin Muxtariyyətinin) maliyyə şəffaflığını qiymətləndirib, hər bir hökumətin minimum tələblərə cavab verib-vermədiyini müəyyən edib. Eləcə də, minimum maliyyə şəffaflığı tələblərinə cavab verməyən hökumətlərin 1 yanvar - 31 dekabr 2025-ci il tarixli icmal dövründə tələblərə cavab verməkdə əhəmiyyətli irəliləyiş əldə edib-etmədiyini qiymətləndirib. Hesabatda bildirilib ki, 2026-cı il icmalını apararkən departament ABŞ səfirliklərindən və konsulluqlarından, digər ABŞ hökumət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti təşkilatlarından alınan məlumatları nəzərə alıb. Büdcə proseslərində faydalı ictimai iştirakı təmin etmək üçün hökumətlərin əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyini qiymətləndirərkən departament hökumətlərin spesifik hallarının fərqli olduğunu qəbul edib. Buna baxmayaraq, hesabatda hökumətlərin büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək üçün əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyi qiymətləndirilir.
Fiskal yığımlar xərcləri üstələyir
ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanda maliyyə siyasəti sahəsində əhəmiyyətli islahatlar həyata keçirilməkdədir və fiskal sektor şəffaflıq tələblərinə cavab verir. Yürüdülən fiskal siyasət dövlətin büdcə, vergi və xərclər vasitəsilə iqtisadiyyata təsiretmə mexanizmi olmaqla proseslərin açıq, ictimaiyyətə əlçatan və hesabatlı olmasını təmin edir.
Azərbaycan hökuməti son illərdə yeni islahatlar çərçivəsində fiskal alətləri optimallaşdırıb, genişləndirici və stimullaşdırıcı siyasət yürüdülməkdədir. Dövlət xərclərinin artırılması, vergi güzəştləri və səmərəverici fiskal alətlərin tətbiqi biznes və qeyri-dövlət bölmələrindən əldə edilən gəlirlərin artmasına səbəb olmaqdadır. Bunun nəticəsidir ki, ölkəmiz hazırda fiskal dayanıqlılıq üzrə ən yaxşı mövqeyə malik ölkələrdəndir. 2026-cı ilin ötən 7 ayında həm dövlət, həm icmal büdcədə profisit yaranıb. Dövlət büdcəsinin profisiti 2,4 milyard manat, icmal büdcənin profisti 2 milyard manatdan çox olmaqla ÜDM-in 5 faizdən çoxunu təşkil edir. Yəni ölkəmizdə ÜDM-in də fiskal profisiti dayanıqlı xarakter daşıyır. Ancaq bir çox ölkələrdə büdcədə fiskal kəsirin artması müşahidə edilir. Avropa ölkələrində hazırda fiskal kəsirin ÜDM-ə nisbəti 4 faizi, inkişaf etməkdə olan ölkələrdə isə 5 faizdən çoxdur. Azərbaycanda fiskal yığımların xərcləri üstələməsi fiskal siyasətdə daraldıcı effekt yaratmaqla, həm də manatın sabitliyi və inflyasiyanın cilovlanmasına xidmət edir.
Fiskal dayanıqlılıq dövlət maliyyəsində şəffaflığın qorunmasında da etimadı gücləndirir, korrupsiyanı azaldır və sərmayə cəlb etməyə kömək edir, iş adamlarının dövlətə etibarını yüksəldir. Xarici və yerli investorlar üçün riskləri azaldır. Əldə edilmiş nəticələr göstərir ki, “kölgə iqtisadiyyatının” daraldılması və biznesin leqallaşdırılması və iqtisadi qurumlar və sahibkarlıq arasında sağlam münasibətlərin qurulduğu şəraitdə biznes leqal fəaliyyət göstərməyə, rəqabət şəraitində işləməyə meyillidir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir. Bütün bunlar isə sahibkarların gəlirlərinin artmasına və fiskal imkanların böyüməsinə imkan verir. Eyni zamanda, fiskal riskləri minimallaşdırmaqla, maliyyə şəffaflığını artırır.
“Açıq Büdcə İndeksi”ndə müsbət irəliləyiş
Qiymətləndirmədə fiskal siyasət tədbirləri ilə yanaşı, büdcə açıqlığı və ictimai iştirakçılıq amili də mühüm rol oynayır. Azərbaycan son illərdə bu istiqamətdə kifayət qədər müsbət nəticələr əldə edib. “Açıq Büdcə İndeksi” beynəlxalq hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə mövqeyini yaxşılaşdırıb. İki il əvvəlki qiymətləndirmədə 100 mümkün baldan 67-ni toplayıb. Bununla da Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irəliləyən ölkələr qrupunda yer alıb. Məlumat üçün qeyd edək ki, 61 və ya daha yuxarı bal toplayan ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupuna aid edilir. Beləliklə, Azərbaycan “Açıq Büdcə İndeksi” hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlib və müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə əldə edib. Ümumilikdə, Azərbaycan müvafiq reytinqin parametrləri üzrə dünya üzrə bir sıra orta göstəriciləri də xeyli qabaqlayıb.
Mövcud reytinq hesabatının tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Ümumilikdə, Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən ekspert sorğusu əsasında iki ildən bir tərtib olunan büdcə reytinqi 3 əsas fundamental maliyyə qiymətləndirməsinə əsaslanmaqla qiymətləndirilir:
1. Büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index)
2. Büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation);
3. Qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight).
Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan həmin ildən etibarən bu sorğuda iştirak edir. Həmin ildən başlayaraq reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əgər 2006-cı ildə ilk hesabat açıqlanan zaman ölkəmizin topladığı bal indeksi 30-a bərabər idisə, hazırda 67-dir. Bu isə o deməkdir ki, ölkəmiz son 20 ildə mövqeyini 2 dəfədən də çox olmaqla, 37 bal yaxşılaşdırıb.
Nəticəəsaslı büdcə mexanizminin tətbiqi hesabatlılığı yüksəldir
Yeri gəlmişkən, Maliyyə Nazirliyi tərəfindən bu günlərdə nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının 2025-ci il üzrə icrasına dair monitorinqin nəticələri açıqlanıb. Monitorinq büdcə planı üzrə icra məlumatlarının müəyyən olunmuş qaydada toplanması yolu ilə müvafiq sektor üzrə layihələrin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə nəzərdən keçirilib. Monitorinqin nəticələri hazırlanarkən səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi, həmçinin büdcə xərclərinin əldə edilmiş nəticələrə daha dəqiq uyğunlaşdırılması istiqamətində görüləcək işləri müəyyən etməyə kömək edir.
“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə edən monitorinq çərçivəsində qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra dinamikası, eləcə də ayrılmış büdcə vəsaitləri və nəticə göstəriciləri arasındakı korrelyasiya təhlil edilib, habelə aparılmış təhlillərin nəticələrindən irəli gələn metodoloji tövsiyələr, reytinq və digər məsələlər sənəddə əks etdirilib. Nəticələr ölkəmizdə büdcə xərclərinin hesabatlılığı, dürüstlüyü və şəffaflığı, eyni zamanda fiskal islahatların mühüm göstəricisi kimi dəyərləndirilə bilər. Belə ki, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na əsasən, Azərbaycanda fiskal şəffaflığın gücləndirilməsi nəzərdə tutulub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31

