Makronu kim əvəz edəcək?
13.05.2025 [09:11]
Fransada ultra-sağçı qüvvələr hakimiyyəti ələ ala bilərlər - belə ki, bu yaxınlarda Fransanın İctimai Rəy Sorğu İnstitutu növbəti prezident seçkilərində iştirak edəcək namizədlərlə bağlı vətəndaşlar arasında sorğu aparıb. Sorğunun nəticələrinə görə, ifrat sağçı Milli Birlik (RN) partiyası ölkədə 2027-ci ildə keçiriləcək prezident seçkilərinin birinci turunda 32-35 faiz ilə qalib gələ bilər. Seçkilərin ikinci turuna gəlincə, Sorğu İnstitutu respondentlər arasında bu turda mübarizənin imkanlarını araşdırıb. Nəticə etibarı ilə respondentlər Jordan Bardellanın Marin Le Pendən daha yaxşı namizəd olacağı qənaətinə gəliblər. Seçkilərin ikinci turunda J.Bardellanın Makronçu Qabriyel Attalı 52 faiz və Brüno Rötayoyanı 53 faiz, solçuların namizədi Jan-Lük Melenşonu 67 faiz səslə məğlub etməsi proqnozlaşdırılır.
İfrat millətçilər hakimiyyətdə
Qeyd edək ki, son iki-üç ildə Avropa İttifaqının bəzi üzv ölkələrində keçirilən seçkilərdə ifrat millətçi və radikal sağçı partiyalar çox yüksək nəticə əldə ediblər. Məsələn, 2022-2024-cü illərdə keçirilən son seçkilərdə Niderland və Avstriyada Azadlıq Partiyası, İtaliyada “İtaliyanın Qardaşları” (FdI) partiyası birinci olmuşdular, Finlandiyada Finlər Partiyası və Belçikada “Vlaams Belang” partiyası isə yüksək nəticə əldə edərək sağ mərkəzçi partiyalar ilə koalisiya hökumət qurublar. 2025-ci il fevralın 23-də Almaniyada keçirilən son parlament seçkilərinin nəticələri beynəlxalq ictimaiyyətin daha çox diqqətini cəlb etdi - ultra-sağçı Almaniya üçün Alternativ (AfD) partiyası Bundestaqda ikinci böyük partiya olub. Mayın 4-də Rumıniyada keçirilən təkrar prezident seçkilərinin birinci turunda ölkədə qatı sağçı kimi tanınan “Rumınların Birləşməsi Alyansı”nın (AOR) lideri George Simion 40,96 faiz səslə qalib gəlib.
Ultra-sağçılara niyə bu qədər rəğbət bəslənir?
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-də hazırki siyasi vəziyyətə sosial-iqtisadi problemlər və miqrasiya siyasəti səbəb olub. “Avropada ifrat millətçilərin və ultra-sağçıların yüksəlişini bir neçə faktorla izah etmək olar. Bunların başında əsasən iqtisadi faktor dayanır. Son illər Aİ-nin üzv ölkələrinin iqtisadiyyatında çöküş, eləcə də bu ölkələrdə sosial-iqtisadi problemlər və texnoloji geriləmə müşahidə olunur. Aİ-nin bəzi üzv ölkələrində, xüsusilə də Almaniya və Fransada hökumət büdcədə olan kəsirləri aradan qaldırmaq üçün sərt iqtisadi siyasət yürüdür və sosial sahəyə ayrılan xərcləri azaldırlar. Bununla yanaşı, Avropa ölkələrində yüksək və orta təbəqə arasında uçurum daha da dərinləşib. Təbii ki, bu da sadə vətəndaşların narazılığını artırıb. Ultra-sağçı qüvvələr də bundan özlərinin lehinə istifadə edirlər. İstər Almaniyada, istər Fransada, istərsə də Aİ-nin hər hansı üzv ölkəsində hakimiyyətdə oturan sağ mərkəzçi, solçu və liberal partiyalardan narazı olan sadə vətəndaşlar ifrat sağçı partiyalara üz tuturlar,” - deyə S.Zahidov əlavə edib ki, Avropaya kütləvi miqrant axını avropalılar tərəfindən birmənalı qarşılanmır: “Bu da yerli xalq arasında narazılığı artıran əsas faktorlardan biridir. Hökumətin miqrantlara sosial yardım ayırmasına etiraz edənlər çoxalıb. Bu faktor sadə avropalıların ultra-sağçı partiyalara üz tutmasında mühüm rol oynayır. Bu gün Almaniyada hakimiyyətə gələn sağ-mərkəzçi Xristian Demokratların miqrasiya ilə bağlı sərt müddəalardan ibarət proqram qəbul etməsi məhz bundan irəli gəlir”. Ekspert, həmçinin vurğulayıb ki, avropalıların Aİ-yə münasibəti dəyişir: “Avropa İttifaqı həm milli, həm də fövqəl bir təşkilatdır. Aİ-nin üzv dövlətlərin sosial-iqtisadi siyasətinə təsir edən mexanizmləri çoxdur. Üzv ölkələrdə sadə vətəndaşların əksəriyyətinin Aİ-yə olan inamı sarsılıb”.
Bardella prezident seçilə bilər?
“Hazırki vəziyyət onu göstərir ki, Fransada ifrat sağçı “Milli Birlik” partiyasının namizədi Jordan Bardellanın, hətta sağ-mərkəzçi namizəd Eduard Filippin qalib gəlmək ehtimal böyükdür. Əgər “Milli Birlik”partiyasının etibarını sarsıdacaq hər hansı fundamental hadisə baş verməsə, J.Bardellanın Fransanın növbəti prezidenti olmaq şansı böyükdür,”-deyə S.Zahidov vurğulayıb.
Bardella - Qərbin qorxulu yuxusu
Politoloq Tural İsmayılov qəzetimizə şərhində bildirib ki, sağ-mərkəzçi və sol-mərkəzçi partiyalar artıq Fransanın real sosial tələbatına cavab verə bilmir. Onun sözlərinə görə, ultra-sağçı qüvvələr bu boşluğu “millət” və “suverenlik” şüarları ilə doldururlar. “Onlar sadə fransız vətəndaşına deyir: “Səni unudanları biz unutmadıq.” Bu, emosional, eyni zamanda, dərin siyasi psixologiyaya toxunan mesajdır. Fransa Avropa İttifaqının ən güclü dövlətlərindən biri olmaqla yanaşı, ideoloji baxımdan da liberal-demokratik dəyərlərin aparıcı qarantı kimi çıxış edir. Ultra-sağçılar isə bu dəyərləri yenidən formatlamaq niyyəti güdür. Onların “Fransa üçün Fransa” doktrinası Aİ-nin kollektiv qərar mexanizmlərinə açıq zərbədir”. T.İsmayılov hesab edir ki, əgər Fransada ultra-sağçı qüvvələr hakimiyyətə gəlsələr, Fransa NATO-nun, xüsusilə də ABŞ-ın liderliyinə qarşı skeptik yanaşmaları gücləndirəcək və daha müstəqil xarici siyasət yürüdəcək. “Onlar üçün Fransanın suverenliyini qorumaq, Aİ-dən və digər beynəlxalq təşkilatlardan mümkün qədər asılılığı azaltmaq əsas prioritet olacaq. Bunun nəticəsi olaraq, Fransa NATO içində daha az aktiv və bəlkə də daha çox tənqidçi rol oynayacaq. Ultra-sağçılar ABŞ və Britaniya ilə birlikdə fəaliyyət göstərməkdən daha çox öz maraqlarını ön planda tutmağa meylli olacaqlar. Bu da NATO-nun qərar qəbul etmə mexanizminə təsir edəcək. Ultra-sağçıların hakimiyyətə gəlməsi Fransanın Yaxın Şərq siyasətində də əsaslı dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər yalnız Fransanın daxili siyasətinə təsir etməyəcək, həm də regionlararası və beynəlxalq münasibətlərə mühüm təsir göstərəcəkdir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09

