İrana qarşı sanksiyalar ləğv olunacaqmı?
16.05.2025 [09:23]
Tehranın bu şərtinə ABŞ-dan hələ müsbət cavab yoxdur
İran İslam Respublikasının Qərbin ağır sanksiyalarına məruz qalması yeni məsələ deyil. Əsasən, ABŞ tərəfindən tətbiq olunan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilir. Məlumdur ki, İran uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Rəsmi Tehran isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə İranın neft-qaz ixracının məhdudlaşdırılmasını əhatə edir.
Tramp Birgə Hərtərəfli Fəaliyyət Planını niyə tərk etmişdi?
Donald Tramp ABŞ-da yenidən hakimiyyətə geldikdən sonra İranla nüvə danışıqlarını yenidən gündəmə gətirib və bu yöndə bir neçə görüş baş tutub. Halbuki, Tramp birinci hakimiyyəti dönəmində İran və altılıq (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya Federasiyası və Almaniya) arasında 2015-ci ilin 14 iyulunda imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planını tərk etmişdi. Birgə Hərtərəfli Fəaliyyət Planınına əsasən Tehran müstəsna olaraq dinc nüvə proqramını həyata keçirmək, 15 il ərzində 300 kq-dan artıq olmayan az zənginləşdirilmiş urana sahib olmaq imkanını, yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium istehsal etməmək, nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə endirmək, Fordodakı zənginləşdirmə zavodunu texnologiya mərkəzinə çevirmək, MAQATE müfəttişlərinə öz nüvə obyektlərinə baş çəkməyə və Arakdakı reaktordan yalnız dinc məqsədlər üçün istifadə etməyə icazə vermək öhdəliklərini öz üzərinə götürmüşdü. Altılıq isə qarşılığında tətbiq edilən sanksiyaları aradan qaldırmağa razılıq vermişdi. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bu razılaşmanı “dəhşətli müqavilə” adlandırıb. Nəticədə 2018-ci il may ayının 8-də haqqında danışılan müqaviləni “yalan üzərində qurulan” hesab edərək sazişdən çıxdığını rəsmi şəkildə bəyan etmişdi. O, həmin il aprelin 30-da İranın nüvə silahı hazırlamaq üzrə gizli proqramının mövcudluğuna dair sübutları dərc edən İsrailin məlumatlarını rəhbər tuturdu.
Tehran sonuncu görüşü faydalı hesab edir
Bütün bunların fonunda qeyd etdiyimiz kimi, D.Tramp hakimiyyətə qayıtdıqdan sonra İranla danışıqlar təşəbbüsünü irəli sürdü. Sonuncu ABŞ-İran görüşü mayın 11-də Omanda baş tutub. Görüşün nəticələri ilə bağlı İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, bu raundda biz ümumi məsələlərdən xeyli uzaqlaşıb, detalları müzakirə mərhələsinə keçdik. Bu baxımdan demək olar ki, danışıqlar irəliləyir. “Təbii ki, vəziyyət daha çətin olacaq, lakin çətinliklərə və danışıqlarda hökm sürən açıqlığa baxmayaraq, bu raundda son dərəcə faydalı müzakirələr aparıldı. İndi artıq tərəflərin mövqelərinin daha yaxşı başa düşüldüyünü deyə bilərik”, - deyə XİN rəhbəri vurğulayıb. Nazir diqqətə çatdırıb ki, bu raundda mübahisəli məsələlər müzakirə edilib və onlar daha dərindən araşdırılıb. Tərəflərin mövqeləri bir-birinə daha da yaxınlaşıb.
İran xarici işlər naziri qeyd edib ki, tərəflər növbəti raundun keçirilməsi barədə razılığa gəlib. Görüşün vaxtı və yeri tərəflərin proqramlarına əsasən müəyyən ediləcək.
İran Prezidenti Məsud Pezeşkian isə İranın nüvə infrastrukturunun sökülməsi barədə çağırışları rədd edib. “Bu, qəbuledilməzdir. Tehran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququndan imtina etməyəcək”, - deyə o, Tehranın nüvə proqramının mülki məqsədlər üçün nəzərdə tutulduğuna dair mövqeyini təkrarlayıb. Prezident, həmçinin ölkənin ali lideri Ayətullah Əli Xameneinin nüvə silahı yaradılmasını qadağan edən fərmanını da xatırladıb.
Tehran müəyyən şərtlər əsasında ABŞ-la saziş imzalamağa hazırdır
Bu arada İranın ali dini lideri Əli Xamneinin müşaviri Əli Şəmxani “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran müəyyən şərtlər daxilində və Vaşinqtonun iqtisadi sanksiyaları ləğv etməsi müqabilində ABŞ ilə nüvə enerjisi üzrə saziş imzalamağa hazırdır. O, İranın heç vaxt nüvə silahı yaratmayacağını, silah istehsal etmək üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından xilas olacağını və uranı yalnız mülki məqsədlər üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə razı olacağını öhdəsinə götürəcəyini bildirib.
Şamxani həmçinin qeyd edib ki, Tehran “İrana qarşı bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində beynəlxalq müfəttişlərə bu prosesi izləməyə icazə verəcək”. Bu şərtlər yerinə yetirilərsə, İranın bu gün sazişi imzalamağa razı olub-olmayacağı sualına Şamxani müsbət cavab verib: “Bütün bunlar mümkündür. Əgər amerikalılar şərtlərimizi nəzərə alsalar, o zaman, əlbəttə ki, münasibətlərimiz yaxşılaşa bilər. Bu, yaxın gələcəkdə vəziyyətin yaxşılaşmasına səbəb ola bilər”.
NBC hesab edir ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın “zeytun budağı” təklifinə reaksiya olub. Tramp eyni zamanda Tehran nüvə sazişini qəbul etməkdən imtina edərsə, sanksiyaların sərtləşdirilməsi barədə xəbərdarlıq edib. Şamxani Trampın tonundan və davam edən təhdidlərindən məyus olduğunu bildirib. İran rəsmisi “o, görmədiyimiz zeytun budağından danışır” deyib.
Tramp danışıqlarla bağlı nikbin görünür
Lakin Yaxın Şərqdə səfərdə olan ABŞ Prezidenti Tramp İranla danışıqlarla bağlı nikbin bəyanat da verib. O, Qətərdə biznes liderləri ilə görüşündə İranla razılaşmaya çox yaxın olduğunu düşündüyünü deyib: “Düşünürəm ki, biz İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq. İranla ciddi danışıqlar aparırıq. Biz ikinci mərhələyə keçmək və İranı təhdid etmək istəmirik”. Tramp əlavə edib ki, İran qüdrətli ölkəyə çevrilməlidir, lakin nüvə silahına malik ola bilməz.
Lakin Tramp İrana qarşı sanksiyaların ləğvinə toxunmayıb. Belə bir şəraitdə İranın bu şərtinin tezliklə yerinə yetiriləcəyi suallar doğurur.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

