İsrail-İran: Tərəflər silahları dayandırmaq niyyətində deyil
21.06.2025 [08:33]
İsrail-İran münaqişəsi davam etməkdədir. Hər iki tərəf bir-birinə qarşı silahları dayandırmaq niyyətində deyil. Qarşılıqlı hücumlar nəticəsində həm İranda, həm də İsraildə ciddi dağıntılar və itkilər müşahidə edilməkdədir. İsrail Hərbi Hava Qüvvələri İranda uranı zənginləşdirən mərkəzləri və ballistik raketlər istehsal edən obyektləri tamamilə məhv etməyi qarşısına məqsəd qoyub. İran isə öz növbəsində İsrailin hərbi, təhlükəsizlik və enerji obyektlərinə raket hücumları təşkil edir. Hücumların intensivləşməsi fonunda ABŞ-ın və müttəfiqlərinin də Yaxın Şərqdə fəallığı daha da artıb. CNN-nin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus açıq məkanda qorunmayan təyyarələr Qətərdəki “Əl-Udeyd” aviabazasından təxliyyə edilib. Bundan əlavə, əvvəllər Bəhreyn hərbi-dəniz bazasında yerləşdirilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri də köçürülüb. Eyni zamanda, tibbi logistika imkanları da gücləndirilib.
İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri İsrail ordusu üçün ləvazimatlar daşıyan 14 yük təyyarəsi qarşılanıb, təyyarələrin böyük əksəriyyəti ABŞ-a məxsusdur.
Tramp səbr edir
Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün təşkil olunan son brifinqdə bildirib ki, Tramp Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şanslarının olduğuna inanır və iki həftə ərzində ABŞ-ın İrana zərbələr endirəcəyi barədə qərar verəcək. “İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün, mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - deyə Livitt Trampın bəyanatını xatırladıb.
Qeyd edək ki, Tramp əvvəlki çıxışlarında da İrana zərbələr endirmək ehtimalını istisna etməyib. İyunun 17-də “Axios” portalında yayılan məlumata görə, Ağ Evin rəhbəri ABŞ-ın İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerika qüvvələri tərəfindən islam respublikasının nüvə obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir. ABŞ-ın CBC kanalı da Trampın belə bir niyyətdə olduğunu təsdiqləyib. İddia edilir ki, Tramp İranın Fordodakı yeraltı uran zənginləşdirmə obyektinin məhv edilməsini zəruri hesab edir və ona zərbə endirməyə meyillidir. CBC-nin məlumatında, həmçinin vurğulanır ki, Trampın köməkçiləri onu Fordodakı nüvə obyektinin potensial bombardmanı ilə bağlı “risklər və üstünlüklər” barədə məlumatlandırıblar.
Tehran xəbərdarlıq edib
IRNA informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası İsrailin müttəfiqlərinə və region ölkələrinə xəbərdarlıq edib. Şuranın bəyanatında qeyd olunur ki, İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərara alan istənilən ölkəyə dərhal cavab verəcək - “Əgər İsrailə dəstək üçün bu müharibəyə hər hansı üçüncü tərəf müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək”, - deyə bəyanatda bildirilib.
İlkin təmaslar
İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə hərbi əməliyyatların başlamasından sonra ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb. “Reuters”-in məlumatına görə, ilk telefon zəngi Vaşinqtonun təşəbbüsü ilə baş tutub. Həmin telefon danışığı zamanı ABŞ-ın xüsusi nümayəndəsi Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün yeni təkliflə çıxış edib. Eyni zamanda, Əraqçi və Uitkoff ABŞ-ın mayın sonunda İrana göndərdiyi təklifi də müzakirə ediblər.
Britaniya da prosesi izləyir
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi cümə axşamı keçirilmiş görüş zamanı İranla bağlı bir çox məsələləri müzakirə ediblər. Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb ki, Rubio və Lemmi İsrail ilə İran arasındakı münaqişəni müzakirə edib və İranın nüvə proqramının tam aradan qaldırılması barədə razılığa gəliblər.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

