Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

28.06.2026 [11:32]

İyunun 27-də axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub. Polisin məlumatına görə, atışmalar zamanı 3 terrorçu öldürülüb.

AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, şübhəli bombaçı partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsini binanın girişinə çırpdıqdan sonra böyük partlayış baş verib. Qısa müddət sonra beş-altı yaraqlıdan ibarət qrup Karaçinin şərq rayonunda hərbiləşdirilmiş “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına basqın edib.

Polis rəisi Cavid Alam Odho jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, üç əsgərin ölümü təsdiqlənib. O əlavə edib ki, indiyə qədər azı üç terrorçu da öldürülüb.

Hələlik heç bir qrup bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30