Virciniya ştatında mühüm görüş...
30.09.2025 [09:12]
ABŞ dünyaya mesaj göndərir
ABŞ generalları bir araya toplaşacaqlar. Yaxın zamanda ölkənin hərbi-siyasi tarixində mühüm hadisənin baş verməsinin şahidi ola bilərik. Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin yüzlərlə general və admiralına sentyabrın 30-da Virciniya ştatında Dəniz Piyadaları Korpusunun bazasına toplaşmağı əmr edib. “The Washington Post” qəzeti qeyd edir ki, qeyri-adi direktiv ABŞ-ın dünyadakı demək olar bütün yüksək rütbəli hərbi komandirlərinə göndərilib. Sərəncam Pentaqonun fəaliyyətini müvəqqəti dayandırması fonunda və Pentaqonda Heqset komandasının yüksək hərbi komandanlıqların birləşdirilməsi planlarını elan etməsindən sonra verilib. Nəşr, həmçinin məlumat verib ki, görüşdə ABŞ və digər ölkələrdən təxminən 800 general və admiralın, o cümlədən Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda yerləşən münaqişə zonalarındakı komandirlər və yüksək rütbəli zabitlərin iştirakı gözlənilir. Əmr komandanlıq vəzifələrində briqada generalı və ondan yuxarı və ya onlara bərabər tutulan hərbi rütbəli zabitlərə, habelə onların sıralarına daxil olan yüksək rütbəli zabitlərə şamil edilir. ABŞ generallarının görüşünə Prezident Donald Trampın da qatılacağı gözlənilir. Tramp “Truth Social” şəbəkə hesabında bildirib ki, sentyabrın 30-da Virciniya ştatında ölkənin müdafiə naziri Pit Heqsetin amerikalı generallar və admirallarla keçirəcəyi görüş onların döyüş ruhunu möhkəmləndirməyə yönəlib. “Mən generallara demək istəyirəm ki, biz onları sevirik, onlar hörmətli liderlərdirlər, güclü, qətiyyətli, ağıllı və mərhəmətli olsunlar. Bütün məsələ bunda - hərbi birlik ruhundadır. Artıq bunu etməyin vaxtıdır”, - deyə o, vurğulayıb.
Görüşün məqsədi nədir?
Bir sıra Qərb ekspertləri hesab edirlər ki, sentyabrın 30-da Virciniya ştatında Amerika generallarının görüşünün təşkilində əsas məqsəd ABŞ-ın daxili və xarici təhlükəsizliyinə diqqətin artırılması, o cümlədən ölkənin qlobal müdafiə-təhlükəsizlik strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Ekspertlər belə bir fikirdədirlər ki, ABŞ dünyanın müxtəlif bölgələrində öz ənənəvi hərbi-strateji mövqeyini qorumaq üçün səylərini artıracaq. Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ yeni dünya nizamı və qlobal təhlükəsizlik sisteminin formalaşmasında aktiv rol oynamaq niyyətindədir. “Bu gün dünyanın bir çox bölgələrində münaqişələr yaşanmaqdadır. Şərqi Avropa və Yaxın Şərqdə bu münaqişələrin şahidi oluruq. Hətta Uzaq Şərqdə belə, xüsusilə Tayvan körfəzi ətrafında çox mürəkkəb proseslər cərəyan edir. Bütün hallarda bu münaqişələrin və proseslərin qlobal təsirləri var. Artıq demək olar ki, hazırkı dünya nizamı və qlobal təhlükəsizlik sistemi sıradan çıxmaq üzrədir. Yeni qlobal təhlükəsizlik sisteminin formalaşmasına yönələn mexanizmlər gündəmə gəlir. Təbii ki, bu mexanizmlərin ortaya çıxmasında böyük güc mərkəzlərinin rolu var. ABŞ da bu kimi məsələlərdə öz sözünü deyir. ABŞ-ın dünyanın müxtəlif bölgələrində hərbi bazaları var - Avropa, Yaxın Şərq və Uzaq Şərqdə, xüsusilə də dünyanın dörd okeanı - Sakit, Hind, Atlantik və Şimal Buzlu Okeanda öz hərbi mövcudluğunu davam etdirməkdədir,” - deyə İ.Vəlizadə əlavə edib ki, Vaşinqton yeni qlobal münasibətlər sistemində aparıcı və həlledici rol oynmaq niyyətindədir: “Hazırkı proseslər onu deməyə əsas verir ki, Vaşinqton yeni dünya nizamında maraqlarının nəzərə alınmamasından ehtiyatlanır. Bu gün Yaxın Şərqdə yeni regional güc mərkəzləri meydana gəlib. Türkiyə və İran bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Avropada isə Rusiya öz şərtlərini diktə edir. Hazırda həm Şərqi Avropada, həm də Yaxın Şərqdəki münaqişələrdə ABŞ hələ ki, ikinci dərəcəli rol oynayır. ABŞ İsraili və Ukraynanı dəstəkləsə də, münaqişələrə birbaşa müdaxilə etmir. Amma Şərqi Avropa və Yaxın Şərqdə hazırkı hadisələr elə bir xətt üzrə inkişaf edə bilər ki, ABŞ proseslərə müdaxilə etmək məcburiyyətində ola bilər. Vaxtilə - İkinci Dünya müharibəsinin ilk illərində ABŞ müharibəyə qatılmamağa çalışırdı, amma Pörl-Harbor limanının Yaponiya qırıcıları tərəfindən bombalanmasından sonra ABŞ bu dünya müharibəsinə qatılmağa məcbur oldu”. Ekspert vurğulayıb ki, Trampın iştirakı ilə ABŞ generallarının görüşü yalnız bir məqsədə söykənib: “ABŞ bu kimi addımlarla dünya ölkələrinə mesaj göndərir ki, Vaşinqton da yeni dünya nizamı və qlobal təhlükəsizlik sistemində öz sözünü deyəcək. Yəni Vaşinqtonun hazırkı qlobal proseslərin gedişatında maraqları nəzərə alınmalıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

