ABŞ-da bağlanma riski aradan qalxdı
31.01.2026 [09:32]
Demokratlar və respublikaçılar razılığa gəldi
Demokrat və Respublikaçı partiyaların nümayəndələri ABŞ Konqresində hökumətin bağlanmasının qarşısını almaq üçün kompromisə gəliblər. Bu baradə ABŞ prezidenti Donald Tramp özüün sosial media səhifəsində bildirib. Qeyd edib ki, hər iki partiya sentyabr ayının sonuna qədər ABŞ hökumətinin əksər hissəsini maliyyələşdirmək üçün birlik nümayiş etdiriblər. “Əvvəllər heç olmadığı qədər genişlənən və yenidən qurulan Sahil Mühafizəsi də daxil olmaqla, Daxili Təhlükəsizlik Departamenti üçün büdcə də razılaşdırılıb”, - deyə Tramp bildirib.
Xatırladaq ki, bundan əvvəl Pentaqon və Daxili Təhlükəsizlik Departamenti (DHS) daxil olmaqla qalan altı federal agentliyi maliyyələşdirən qanun layihəsinin Senatda prosedur səsverməsindən keçmədiyi və Demokratlar və Respublikaçılar arasında davam edən fikir ayrılıqları fonunda hökumətin daha bir bağlanma ehtimalını kəskin şəkildə artırdığı bildirilirdi.
Demokratlar razılaşdı...
Qeyd edək ki, demokratlar 29 yanvar cümə axşamı səhər səsverməsindən əvvəl tələblər siyahısını təqdim etmişdilər. Digər məsələlərlə yanaşı, onlar ICE əməkdaşlarının maska taxmamalarını, sakinlərlə ünsiyyət qurarkən özlərini təqdim etməmələrini və yalnız orderlə həbs etmələrini tələb edirlər. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, demokratlar hökumətin bağlanmasına səbəb olacaq Daxili Təhlükəsizlik Departamentinin büdcə qanun layihəsini bloklamağa hazır olduqlarını bəyan etmişdilər. Senatda demokratların lideri Çak Şumer çərşənbə günü bildirmişdi ki, demokratlar ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti cilovlanmadan və yenidən təşkil edilmədən qanun layihəsinə səs verməyəcəklər. “Amerika xalqı hüquq-mühafizə orqanlarını, sərhədlərimizin təhlükəsizliyini təmin etmək ehtiyacını dəstəkləyir”, - Şumer deyib.
Prettin ölümü ilə başlandı...
Bu arada, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (Vətən Təhlükəsizlik Departamentinin bir bölməsi) Minneapolis sakini Aleks Prettin ölümündə iştirak edən iki agentin istintaq aparılana qədər işdən çıxarıldığını elan edib. xatırladaq ki, ötən həftə sonu xəstəxananın reanimasiya bölməsində tibb bacısı kimi fəaliyyət gömstərən 37 yaşlı Aleks Pretti sakinlər ilə ICE əməkdaşları arasında münaqişəyə müdaxilə etdikdən sonra öldürülüb. Aleks Prettin qətli ABŞ-da geniş ictimai qəzəbə səbəb olub. Hər iki partiyadan olan qanunvericilər Daxili Təhlükəsizlik Katibinin istefasını tələb ediblər. Konqresə təqdim edilən ilkin departament hesabatına görə, mübahisə zamanı iki ICE zabiti Prettiyə atəş açıb. Əvvəlcə departament rəsmiləri Pretti agentləri silahla hədələdiyini iddia ediblər. Təhlükəsizlik Departamentindən Konqresə göndərilən ilkin hesabatda isə Pretti və ICE agentləri arasında dava düşdüyü, bir zabitin Prettidə silah olduğunu qışqırdığı, daha sonra iki agentin tibb bacısını vurduğu bildirilib.
Ölkəni daxili təhdidlərdən qorumaq üçün...
Bu hadisə qısa müddət ərzində ikinci hadisədir. Daha əvvəl 37 yaşlı Renee Goode etirazlar zamanı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) zabiti tərəfindən güllələnərək ölmüşdü. ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) sərhəd təhlükəsizliyi, immiqrasiya nəzarəti və ölkəni daxili təhdidlərdən qorumaq üçün məsul olan bir neçə qurumu birləşdirir. Bu qurum 11 sentyabr 2001-ci il terror hücumlarından sonra daxili təhlükəsizlik səylərini əlaqələndirmək üçün yaradılmışdır və İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), Gömrük və Sərhəd Mühafizəsi (CBP) və Sahil Mühafizəsi kimi qurumları özündə birləşdirir. DHS-in əsas missiyaları sərhəd nəzarəti, immiqrasiya nəzarəti, terrorizmə qarşı mübarizə və fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsidir.
ICE və ABŞ Sərhəd Patrul Xidməti mövcud büdcə mübahisəsində əsas rol oynayır. İKT İmmiqrasiya və Gömrük Mühafizəsi pozuntularını araşdırır, həbslər edir, insanları deportasiya mərkəzlərində saxlayır və qanunsuz immiqrantlara qarşı deportasiya əməliyyatları aparır. Sərhəd Patrul Xidməti ərazidə polis nəzarəti və qanunsuz sərhəd keçidlərinin qarşısını almaqdan məsuldur.
Bağlanmalar ciddi nəticə verə bilər
ABŞ-da maliyyə məsələləri ilk dəfə deyil ki, mübahisə mənbəyinə çevrilir - 2026-cı maliyyə ili üçün büdcə layihəsində sərhəd təhlükəsizliyi və immiqrasiya qanunvericiliyi üçün CBP və ICE-yə resursların əhəmiyyətli bir hissəsi ayrılıb. Demokratlar hökumətin xərcləmə qanun layihələrini dəstəkləmək müqabilində “qoruyucu səddlər” və hesabatlılıq mexanizmləri üçün səy göstərirlər.
Xatırladaq ki, ABŞ-da müasir büdcə qaydalarının qəbul edildiyi 1976-cı ildən bəri maliyyələşmədə 22 dəfə analoji gecikmələr baş verib. 1980-ci ilə qədər belə fasilələr hökumətin fəaliyyətinə mane olmurdu. Baş prokuror Benjamin Sivilettinin (1980-1981) prosesi tənzimləyən qərarlarından sonra vəziyyət dəyişdi - o, federal qurumların təsdiq edilmiş büdcə olmadan fəaliyyət göstərmək hüququnun olmadığını təsdiqlədi. 1990-cı ildən bu yana hətta bir neçə saatdan çox davam edən hər hansı maliyyə gecikməsi rəsmi olaraq bağlanma hesab olunur.
İlk bağlanma 1976-cı ildə Cerald Fordun prezidentliyi dövrünə təsadüf edib. Daha sonra Cimmi Karterin, Ronald Reyqanın, ata Corc Buşun, Bill Klintonun, Barak Obamanın və Donald Trampın dövrlərində analoji hadisə baş verib. Son bağlanmanı nəzərə almasaq, ən uzun bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib: 34 gün (22 dekabr 2018-ci il - 25 yanvar 2019-cu il). Bu bağlanma zamanı 380 000 dövlət işçisi məzuniyyətə buraxılıb, 420 000 nəfər ödənişsiz işləyib və daha 4,1 milyon insanın gəlirləri müqavilələrin dondurulması səbəbindən təsirlənib. Ədliyyə Departamenti 60 mindən çox immiqrasiya dinləməsini ləğv edib. Bununla belə, bəzi qurumlar fəaliyyətini davam etdirir - çünki büdcə qanun layihələrinin beşdə biri böhrandan əvvəl artıq təsdiqlənir.
Bundan başqa, ən uzun qapanma Bill Klinton (1995-1996) dövründə 21 gün davam edib. bu bağlanma iki mərhələdən ibarət olub. Başqa bir qapanma isə 2013-cü ildə Barak Obamanın dövründə olub - 16 gün davam edib. Respublikaçı prezidentlərin dövründə bağlanma ümumən 106 gün çəkib. Demokratlarda bu göstərici 98 gündür. Ən çox qapanma yaşayan respublikaçı prezident isə Donald Trampdır - onun dövlət başçısı olduğu dövrdə 79 gün qapanma olub. Demokrat Cimmi Karterin prezidentliyi dövründə isə proses ümumən 56 gün çəkib.
Praktikada bağlanmalar əsasən federal işçilərə təsir göstərir. Yüz minlərlə işçi ya ödənişsiz məzuniyyətə göndərilir, ya da vaxtında ödəniş zəmanəti olmadan işləməyə davam edir. “Zəruri” hesab edilən işçilərə adətən hərbi qulluqçular, hüquq-mühafizə orqanları, hava nəqliyyatı dispetçerləri və müəyyən kateqoriyalı milli təhlükəsizlik işçiləri daxildir.
Mütəxəssislərin fikrincə, hətta qısamüddətli bağlanmanın iqtisadi nəticələri ciddi ola bilər. Konqresin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, əvvəlki hökumət bağlanmaları iqtisadi artımın azalmasına, biznes üçün qeyri-müəyyənliyin artmasına və böhrandan sonra dövlət əməliyyatlarının bərpası ilə bağlı əlavə xərclərə səbəb olub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
Sosial
30 Yanvar 17:57
Siyasət
30 Yanvar 17:21
Xəbər lenti
30 Yanvar 17:06
YAP xəbərləri
30 Yanvar 17:04
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

