Vaşinqton Qrenlandiya ilə bağlı məqsədlərinə çatdı
24.09.2026 [09:17]
İmzalanan saziş ABŞ-a dünyanın ən böyük adası üzərində müstəsna hüquqlar verir
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qrenlandiya ilə bağlı vacib addım atılıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen tərəfindən adanın təhlükəsizliyinə dair yeni saziş imzalanıb. Razılaşma Arktikada təhlükəsizliyin gücləndirilməsini və ABŞ-ın Qrenlandiyadakı hərbi imkanlarının genişləndirilməsini nəzərdə tutur. Tramp saziş çərçivəsində Qrenlandiyada ABŞ-ın yeni iki böyük hərbi bazasının yaradılacağını bildirib. Danimarka və Qrenlandiya tərəfi razılaşmanın Danimarkanın suverenliyinə, eləcə də Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna təsir etmədiyini vurğulayıb.
ABŞ hərbi qüvvələri adada maneəsiz hərəkət edəcək
ABŞ hərbi təyyarələri və gəmiləri yeni təhlükəsizlik sazişinə görə Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək. Ağ Ev tərəfindən açıqlanan sazişə əsasən, ABŞ hərbi qüvvələri, gəmiləri və təyyarələri Qrenlandiyanın ərazi suları, quru və hava məkanı da daxil olmaqla, müdafiə obyektlərinə maneəsiz giriş və onlar arasında hərəkət etmək hüququna malik olacaq. Sənəddə ABŞ təyyarələrinin Qrenlandiyanın istənilən hissəsi üzərindən uçmasına və oraya enməsinə, hərbi gəmilərin isə razılaşdırılmış hallar istisna olmaqla, ərazi sularında məhdudiyyətsiz hərəkət etməsinə imkan verildiyi bildirilir.
Donald Tramp hələ sentyabrın 19-da “Truth” sosial şəbəkəsindəki hesabında paylaşım edərək ölkəsinin Danimarka Krallığı və Qrenlandiya ilə yeni saziş bağladığını açıqlamışdı. Onun sözlərinə görə, saziş ABŞ-a Qrenlandiyanın təhlükəsizliyi və digər zəruri sahələr üzərində daimi nəzarət imkanı verir və bunun Vaşinqton üçün əlavə maliyyə xərci olmayacaq: “ABŞ Qrenlandiyanın və özünün təhlükəsizliyini təmin etmək üçün orada zəruri olan bütün tədbirləri həmişə həyata keçirmək imkanına malik olacaq”. Tramp qeyd edib ki, bundan sonra ABŞ-ın yazılı razılığı olmadan heç bir rəqib dövlət Qrenlandiyada hərbi baza yarada, hərbi qüvvə yerləşdirə və ya həssas sahələrə sərmayə yatıra bilməyəcək. O, razılaşmanın müddətsiz olduğunu və qüvvədə olma müddətinin başa çatmayacağını vurğulayıb. ABŞ Prezidenti, həmçinin Qrenlandiyanın uyğun ərazilərində genişmiqyaslı Amerika hərbi mövcudluğunun yaradılması prosesinə dərhal başlanacağını, infrastrukturun inkişafı və tikinti işlərinin yerli əhali ilə əməkdaşlıq şəraitində aparılacağını bildirib.
Xatırladaq ki, D.Tramp ikinci dəfə prezident seçildikdən sonra bir sıra ərazi iddiaları ilə çıxış edib. Onlardan biri də Qrenlandiyanın ABŞ-ın tərkibinə qatılması idi. Ağ Ev rəhbəri mövqeyini Rusiya və Çin təhlükəsi ilə əsaslandırır: “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. O bildirmişdi ki, ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək. “Qrenlandiya razılaşmanı bağlamalıdır, çünki Qrenlandiya da Rusiyanın və ya Çinin onu ələ keçirməsini istəmir. Onların müdafiəsi əsasən iki it qoşulmuş xizəkdən ibarətdir” - deyə ABŞ Prezidenti iddia etmişdi. Qrenlandiya və NATO-nun belə bir addıma qarşı çıxması və bunun NATO-nu təhlükə altına qoya biləcəyi ilə bağlı suala cavabında Tramp deyib ki, əgər o, prezident olmasaydı, NATO mövcud olmazdı: “NATO-nun ABŞ-a daha çox ehtiyacı var”.
ABŞ indiki torpaq sahələrinin təxminən 40 faizini pulla alıb
Əslində, indiyədək Qrenlandiyanın ABŞ-a qoşulması üçün müxtəlif yolların olduğu variantlar ortaya atılırdı. Bu variantların arasında məcburiyyət, assosiasiya müqaviləsi və Qrenlandiyanın Danimarkanın bir hissəsi olaraq qalması şərtilə orada ABŞ-ın hərbi təmsilçiliyi yer alırdı. Hətta Danimarkadan Qrenlandiyanın satın alınması da istisna edilmirdi. Bu ilin yanvarında “The Wall Street Journal” qəzeti isə yazmışdı ki, dövlət katibi Marko Rubio Konqresə Vaşinqtonun Qrenlandiyanı pulla satın almaq niyyətində olduğunu bildirib. Tarixdə də belə presedentlər mövcuddur. Ərazisinə görə dünyanın ən böyük ölkələrindən biri olan ABŞ indiki torpaq sahələrinin təxminən 40 faizini pulla alıb. Başqa sözlə, ABŞ ərazini genişləndirmək üçün müharibə eləməkdən çox, pul ödəməyi daha üstün tutub. Belə ki, ABŞ 1803-cü ildə Fransadan 15 milyon ABŞ dolları qarşılığında indiki Luiziana ştatını satın alıb. Prezident Tomas Ceffersonun dövründə reallaşan bu alqı-satqı nəticəsində Birləşmiş Ştatlar öz torpaqlarını təxminən 2,14 milyon kvadratkilometr artıraraq ərazisini iki dəfə böyütdü və Missisipi çayı üzərində tam nəzarəti əldə etdi. 1819-cu ildə isə İspaniyadan hazırki Florida ştatı alındı. Adams-Onis Müqaviləsi ilə reallaşan bu alqı-satqı nəticəsində Vaşinqton ABŞ-ın İspaniyaya qarşı 5 milyonluq iddiasından geri çəkildi. Ərazinin rəsmi keçidi isə 1821-ci ildə baş tutdu. Bunun nəticəsində ABŞ özünün cənub sərhədlərini təhlükəsizləşdirdi, eləcə də, Atlantik-Meksika körfəzi xəttini möhkəmləndirdi.
1853-cü ildə Meksikadan 10 milyon dollar qarşılığında Qadsden alışı həyata keçirilib. Bu, indiki Arizona və Nyu-Meksikonun cənubunu əhatə edir - ABŞ bu addımı ilə dəmir yolu xətlərinin çəkilişi üçün strateji imkan qazandı, ABŞ -Meksika sərhədi indiki formasını aldı. 1867-ci ildə isə ABŞ Rusiyadan Alyaskanı satın aldı. 7,2 milyon dollar dəyərində əldə edilən torpaq sahəsi 1,52 milyon kvadratkilometr idi. Prezident Endryu Conson dövründə edilən bu alqı-satqı sonrakı dövrlərdə Vaşinqtona nəhəng neft, qaz, qızıl yataqları və təbii sərvətlər qazandırdı. ABŞ bu yolla Arktikada və Sakit okeanda mövqelərini gücləndirdi.
Ada faktiki olaraq Vaşinqtonun nəzarətinə keçir
Nəhayət, 1917-ci ildə ABŞ Danimarkadan Virgin adalarını satın aldı. 25 milyon dollar (qızıl ekvivalentində) əldə olunan ərazilərə Karib dənizi hövzəsindəki Virgin adaları daxil idi. Bunun nəticəsində isə Birinci Dünya müharibəsi fonunda Almaniyanın bölgəyə nəzarətinin qarşısı alındı, ABŞ-ın Karib hövzəsində hərbi-strateji mövqeyi gücləndi. Beləliklə, son 200 ildə ABŞ pulla əldə etdiyi ərazilər hesabına Atlantikdən Sakit okeana qədər uzanan qitə dövləti oldu, enerji, nəqliyyat və hərbi baxımdan üstünlük qazandı, geosiyasi təsirini mərhələli şəkildə qlobal səviyyəyə çıxardı.
D.Trampın Qrenlandiyaya iddiaları Avropa İttifaqı və NATO daxilində müəyyən gərginliklər yaratmışdı. Lakin Nyu-Yorkda imzalanan saziş problemləri həll etmiş oldu. Sənədə əsasən Danimarkanın suverenliyi və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququ de-yure qorunsa da, əslində faktiki olaraq ada Vaşinqtonun nəzarətinə keçir. Bununla da, D.Tramp ərazisi 2,166 milyon kvadrat kilometr, əhalisi 50 min olan dünyanın ən böyük adası Qrenlandiya ilə bağlı məqsədinə çatmış oldu.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 Sentyabr 21:19
Müsahibə
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45

