Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

24.09.2026 [11:13]

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 104 620 bilet satılıb.

AZƏRTAC paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bilet satışı ilə bağlı göstəricilər ilkin gözləntiləri və planlaşdırılan tempi əhəmiyyətli dərəcədə üstələyib. Bu rəqəm azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük maraq göstərdiyini təsdiqləyir.

Qeyd olunub ki, klubun əsas məqsədlərindən biri “Sabah” azarkeşləri ilə yanaşı, digər futbolsevərlərin də qarşılaşmaları stadiondan izləməsinə şərait yaratmaqdır. Bu məqsədlə bilet qiymətləri daha çox azarkeşin oyunlarda iştirak edə bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyənləşdirilib. Bilet alan azarkeşlər komandanın dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizinin “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldilməsi nəzərdə tutulur. Vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.

Bilet satışı davam edir.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Bakı klubu ilk matçında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30