/ / Prezident İlham Əliyev: Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar
Prezident İlham Əliyev: Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar
05.08.2016 [10:13]
Bu gün Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına start verilir
Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Bundan başqa, dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur.
Azərbaycanda idmanın inkişafı diqqət mərkəzindədir
Ölkəmizdə paralel inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlamlığının təmin olunması üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb. Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda idman infrastrukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir - Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı”.
Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir”.
Qeyd etdiyimiz kimi, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb.
Azərbaycanda idman və çoxminli idmançılar ordusu 1997-ci ildə MOK-un prezidenti seçilən İlham Əliyevin simasında öz böyük hamisini tapdı
Sirr deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini elan edən Azərbaycanda digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də ciddi çatışmazlıqlar, böhranlı vəziyyət yaranmışdı. Maddi-texniki təchizatın aşağı səviyyədə olması, maliyyə çatışmazlığı, kadr hazırlığının başlı-başına buraxılması gənc nəsilin, hətta idmançıların belə bu sahədən üz çevirməsi ilə nəticələnmişdi.
1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra isə Azərbaycanda idman sahəsində davamlı inkişaf prosesi start götürdü. Xatırladaq ki, Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni İdarə Heyətini müəyyənləşdirdi, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Beləliklə, Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına başlanıldı. Həmin vaxt ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa edilməsi idi. Və bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu.
Ölkəmizdə idmanın kütləvilik qazanmasında idmanda düzgün idarəçilik sisteminin qurulması da mühüm rol oynayır. Azərbaycanın bu sahədəki təcrübəsinin bütün dünyada öyrənildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bax bu nəticələrə gətirib çıxarmışdır”.
Birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu
Ölkəmizdə davamlı dövlət qayğısı sayəsində idmanın kütləvi hal alması, paytaxt Bakıda və bölgələrdə güclü idman infrastrukturu qurulması beynəlxalq idman ictimaiyyətinin də diqqətindən kənarda qalmır. Müxtəlif beynəlxalq idman təşkilatlarının rəhbərləri Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının, eləcə də Milli Olimpiya Komitəsinin fəaliyyətinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycandakı idman mühitini yüksək qiymətləndirməsi, əsas etibarilə, müxtəlif mötəbər yarışların respublikamızda keçirilməsi ilə bağlı çıxardıqları qərarlarda ifadə olunur. Təsadüfi deyil ki, son illərdə ölkəmiz bir neçə beynəlxalq turnirə uğurla ev sahibliyi edib.
Bu kontekstdə onu da qeyd edək ki, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının nəticələri bu qəbildən olan nümunələr sırasındadır. Yeri gəlmişkən, Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də Avstraliyada yayımlandı, dünya ictimaiyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaət ifadə etdi, bunu Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirdi. Azərbaycan bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamladı. Şübhəsiz ki, burada dövlətin, Prezident İlham Əliyevin idmana qayğısı ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.
Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və əminliklə demək olar ki, aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır
Yeri gəlmişkən, bu gün Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına start verilir. Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edir, lisenziyaların sayı isə 57-dir. Azərbaycan xalqı idmançılarımızın hər birindən qələbə gözləyir. Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində nitqi zamanı idmançılarımızın ölkəmizini ləyaqətlə təmsil edəcəklərinə əminliyini ifadə edərək deyib: “Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar”.
Ümumiyyətlə, son illərdə ölkədə yeni idmançı nəslin yetişdirilməsinə əlverişli şərait yaranıb, idmanın kütləviliyi, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr qazanması təmin olunub. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu 2000-ci ildə Sidneydə iki qızıl, bir bürünc, 2004-cü ildə Afinada bir qızıl, dörd bürünc, 2008-ci ildə Pekində bir qızıl, iki gümüş və dörd bürünc medalın qazanılması ilə müşayiət olunub. 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında isə rekord nəticə göstərərək tarixi nailiyyətə imza atan Azərbaycan dünyanın bu mötəbər idman yarışmasından Vətənə iki qızıl, iki gümüş və altı bürünc medalla qayıdıb. Son Olimpiya Oyunlarının yekunlarına görə ölkəmiz dünyada 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir. İlk Avropa Oyunlarında isə yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə, 56 medal qazanmaqla komanda olaraq ikinci yerin sahibi oldu.
Məlum olduğu kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları 2017-ci ilin mayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa, üst-üstə düşəcək. Bütövlükdə, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına uğurlu ev sahibliyi etmək əzmindədir.
Bunlarla yanaşı, son illərdə ölkəmizin idman sahəsində də beynəlxalq əlaqələri genişlənib və möhkəmlənib. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Beynəlxalq Olimpiya Federasiyasının dəstəyi ilə Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və Dünya çempionatları, həm olimpiya, eyni zamanda, qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Və bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda, demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34

