“Normand dördlüyü” də “dəfn” edilir?
11.02.2022 [23:17]
Rusiya Avropanın təkliflərinə müsbət cavab vermir
P. SADAYOĞLU
Ukrayna ətrafında cərəyan edən hadisələr dalana dirənməkdədir. Bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makronun rəsmi Moskva ilə “Veymar üçbucağı” və ya “Normand dördlüyü” çərçivəsində dialoqa başlanacağını deməsinə baxmayaraq, bu cəhdlər nəticəsiz qalır. Məsələn, “Normand dördlüyü” formatında keçirilən doqquz saatlıq görüş nəticəsiz başa çatıb. Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bildirib ki, siyasi müşavirlərin Berlində bu formatda baş tutan danışıqları hiss olunan nəticələr və bəyanatlar olmadan yekunlaşıb: “Hazırda “Normand dördlüyü” sammitinin çağırılması məsələsi qaldırılmır, dövlət liderləri səviyyəsində müzakirə mövzusu yoxdur. Bu vəziyyətdə heç kim bu məsələni qaldırmağa belə cürət etmədi, çünki Normandiya formatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə mövzusu yoxdur.
Görünən budur ki, Almaniya və Fransanın cəhdləri yenə də boşa çıxmaqdadır və ABŞ-ın dialoqdan imtina yolu tutması regionda sülhün bərqərar olmasına imkan verməyəcək. Ekspertlər bu halda, hərbi qarşıdurmanı qaçılmaz sayır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Azərbaycan”a bildirib ki, “Normand dördlüyü” Ukrayna ətrafında baş verən problemlərin həlli üçün yaradılmış və tərəflərin də de-yure qəbul etdiyi bir formatdır. Bir neçə il öncə problemlə bağlı əldə olunmuş Minsk sazişi çərçivəsində danışıqların davam etdirildiyini deyən Z.Məmmədov sonradan bu razılaşmanın da pozulduğunu önə çəkib: “2014-2015-ci illərdə əldə olunan bu razılaşmalar Ukraynanın maraqlarına cavab vermirdi. Sadəcə, həmin dövrdə Kiyev faktiki olaraq Rusiya ilə müharibə mərhələsində idi və tez bir zamanda atəşkəsin təmin edilməsi gərəkirdi. Minsk sazişində yer alan məsələlər tərəflər arasında müxtəlif cür interpretasiya olunur. Məsələn, rəsmi Kiyev sazişdəki təhlükəsizlik məsələlərinin ilkin mərhələdə həll edilməsini və Ukrayna ordusunun Rusiya ilə sərhəddə dayanmalı olduğunu bildirir. İkinci mərhələdə isə, yerli özünüidarəetmə ilə bağlı seçkilər keçirilə bilər. Rusiya tərəfi isə öncə yerli özünüidarəetməyə seçkilərin keçirilməsini, daha sonra Ukrayna ordusunun sərhəddə dayana biləcəyini deyir. Bu sazişdə Ukrayna Konstitusiyasına bəzi dəyişikliklər də tələb edilirdi. Amma bu tələblər son dəyişikliklərdə əks olunmadı. Ukrayna hər hansı bir bölgəsinin xüsusi statusa malik olmasına icazə vermək fikrində deyil. Bunu Zelinski hakimiyyəti bir neçə dəfə aşkar şəkildə ifadə edib”.
2019-cı ildə isə rəsmi Kremlin Ukraynanın şərq hissəsinin, konkret olaraq Donetsk və Luqanskın əhalisinə Rusiya pasportlarının verilməsinin sadələşdirilməsi haqqında qərarı da razılaşmaların mümkünsüzlüyünü ortaya çıxaran amillərdəndir. Bununla belə, hazırda baş verənləri qəti şəkildə Ukrayna-Rusiya anlaşılmazlığı kimi də qələmə vermək olmaz. “Hazırda bu daha çox Rusiya ilə “Anqlosakson İttifaqı” arasında qarşıdurmadır. Rusiya Avropanın təhlükəsizliyi məsələsinə yenidən baxılmasını tələb edir, Avropa və ABŞ isə bu fikri qəti surətdə rədd edir. Qərb güclü tərəf olaraq genişlənmə siyasətindən əl çəkmək fikrində deyil. Bununla yanaşı, Avropada da yekcins fikir yoxdur. Almaniya və Fransa açıq şəkildə ABŞ və Böyük Britaniya müttəfiqliyinə qarşıdır. Bu da təsadüfi deyil. Son 10 ilin statistikası göstərir ki, Fransa və Almaniyanın Rusiya ilə iqtisadi əlaqələri genişlənib. Avropa bu əlaqələrin dərinləşməsində maraqlıdır. Britaniya və ABŞ üçün isə Almaniya ilə Fransanın Rusiya ilə yaxınlaşması qırmızı cizgidir”, - deyən Z.Məmmədovun fikrincə, Vladimir Putinin fevralın 14-də reallaşacaq Türkiyə səfəri prosesin istiqamətinin müəyyənləşməsində daha əhəmiyyətli rola malik ola bilər. Zelinskinin də Ankaraya səfər etməsi isə görüşün daha əhəmiyyətli nəticələr verməsini şərtləndirər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

