Naxçıvan yolundakı “maneə”
23.04.2022 [11:11]
Xarici güc hansı rolu oynayır?
Sadiq İSMAYILZADƏ
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamə Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməklə yanaşı, illərdir blokadada yaşayan Naxçıvanla əlaqələrin açılmasını da özündə ehtiva edirdi. Amma bəyannamənin imzalanmasından ötən müddətdə Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bildirib ki, Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Dövlət başçısı deyib ki, burada həm dəmir yolu, həm də avtomobil yolu nəzərdə tutulur: “Çünki dəmir yolu ilə bağlı mən prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisinə düşən 100 kilometrindən artıq 60 kilometrlik hissəsini tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə biləcəyini göstərir”.
Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının inkişafını daha da gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlıq üçün də mühüm perspektivlər yaradır. Görünən isə budur ki, həmin nəqliyyat dəhlizinin fəaliyyəti bəzi qüvvələrin, hətta ölkələrin maraqlarına ziddir. Nəzərə alınmalıdır ki, bu yolun istifadəyə verilməsi şimaldan keçən nəqliyyat xəttinə marağı azaldacaq. Həm qısa yol olan, həm də Türkiyəyə birləşən bu kommunikasiya xətti Avrasiyanın mərkəzində Qərbə doğru yönələcək əsas ticarət xəttinə çevrilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, Vətən müharibəsindən sonra imzalanan 10 noyabr bəyannaməsinin müvafiq bəndində qeyd olunur ki, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Sonradan keçirilən üçtərəfli və ikitərəfli görüşlərdə də sözügedən dəhlizin açılması ilə bağlı məsələlər geniş müzakirə edilmişdi: “Ötən ilin noyabrında keçirilən Soçi görüşü zamanı da, Brüsseldə baş tutan görüşlərdə bu məsələ ilə bağlı fikir mübadilələri aparılıb. Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirib. Başqa sözlə, həmin ərazidən keçəcək dəmiryolu və avtomobil yolu sürətlə bərpa olunur. Amma Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Bunun səbəbləri isə fərqli ola bilər. Həmin dəhlizin açılması iqtisadi baxımdan bölgədə yeni iqtisadi situasiya formalaşdıracaq. Bunu, Ermənistan özü də anlayır. Hətta zaman-zaman baş nazir Paşinyan parlamentdə çıxışlarında da bu məsələyə toxunub və bu dəhlizin açılışının Ermənistana gətirəcəyi iqtisadi dividentlərdən danışıb. Ermənistandakı bəzi rusiyapərəst qüvvələrin açıq şəkildə bu dəhlizə qarşı çıxması, hətta bunu Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə təhdid kimi qiymətləndirməsi isə başadüşülən deyil. Azərbaycan dəfələrlə bununla bağlı öz mövqeyini açıqlayıb və bu dəhlizin açılmasının heç də Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməli olmadığını diqqətə çatdırıb. Demək ki, bu məsələnin reallaşmaması hansısa xarici güclərin təhriki ilə baş verir”.
AMİP sədri vurğulayıb ki, Naxçıvanla Azərbaycanın arasındakı nəqliyyat dəhlizinin istifadəyə verilməsi Avroasiya qovşağı üzrə yeni bir kommunikasiya sisteminin formalaşması deməkdir. Bu isə regionda yeni əməkdaşlıqların qurulmasına rəvac verəcək. “Nəzərə alınmalıdır ki, bu quru xəttinin istifadəyə verilməsi yeni rəqabət formalaşdıracaq. Bu rəqabət isə bəzi ölkələrin, konkret Rusiyanın iqtisadi maraqlarına uyğun gəlməyə bilər. Bu xətt həm Orta Asiyaya, həm də Uzaq Şərqə çıxışı təmin edəcək. Avropa ilə Şərq arasında ən rentabelli kommunikasiya xətti olacaq bu dəhliz digər nəqliyyat xətlərini arxa plana keçirə bilər. Rusiyanın və bəzi başqa ölkələrin də bu məsələdə öz maraqları var”, - deyə A.Əlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

