Razılıq verildi...
12.07.2023 [10:52]
Türkiyə rəsmi Stokholm üçün “yaşıl işıq” yandırıb
Vilnüs Sammiti öncəsi bəzi dövlətlər İsveçin NATO-ya üzv qəbul edilməsini gözləsələr də, bu mümkün olmadı. Halbuki sammitöncəsi Alyansın Baş katibinin iştirakı ilə baş tutmuş üçtərəfli görüş böyük ümidlər yaratmışdı. Xatırladaq ki, NATO dövlət və hökumət başçılarının Vilnüs sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra verilən bəyanatlar isə müsbət xarakterli olması ilə diqqət çəkib.
Məlum olub ki, İsveç NATO üzvlüyü ilə bağlı payıza ümid edə bilər. Belə ki, Türkiyə artıq rəsmi Stokholm üçün “yaşıl işıq” yandırıb. Təbii ki, bunun qarşılığında İsveç də bəzi addımları ilə yadda qalmalıdır. Ötən il imzalanmış Madrid memorandumu ilə yanaşı, İsveç bir sıra məsələlərdə də Ankaraya “dəstək” olmalıdır. Yeri gəlmişkən, NATO Baş katibi Yens Stoltenberqin üçlü görüşdən sonra verdiyi məlumatda da bildirmişdi ki, İsveç Türkiyənin Avropa Birliyinə üzvlüyünü, viza rejiminin liberallaşdırılması və Gömrük İttifaqının yenilənməsini dəstəkləyəcək. ABŞ Prezidenti Co Bayden isə Türkiyənin İsveçin NATO-ya qoşulması ilə bağlı razılığını alqışlayıb. Türkiyə mətbuatı Ankaradan istədiklərini aldığı üçün İsveçin NATO üzvlüyü yoluna yaşıl işıq yandırdığını yazır.
Üçtərəfli memoranduma görə...
Xatırladaq ki, ötən ilin iyunun 28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli Memorandum imzalanmışdı. İmzalanan Memoranduma əsasən, rəsmi Ankaranın tələblərinə qarşı Skandinav ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşmışdı. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapmışdı. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürmüşdü. Sənəddə bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması da öz əksini tapmışdı.
“Siz bizim yolumuzu açın ki”...
Ankaranın İsveçə NATO yolunu açması məsələsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Dövlət başçısı hələ Vilnüs Sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında demişdi ki, Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır. Prezident Ərdoğan vurğulamışdı ki, bu barədə sammitdə də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”.
Təsdiq payıza qalacaq...
Qeyd edildiyi kimi, İsveç üzvlüklə bağlı yalnız qarşıdakı payızı gözləməlidir. İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim oluna bilər. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunsa da, təsdiqi bu qədər tezliklə mümkün olmayacaq. Ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək. Bu barədə “CNN Türk” telekanalı
NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib. Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.
Macarıstan da razılaşdı...
Bu arada Macarıstanın baş naziri Viktor Orban da rəhbərlik etdiyi hökumətin İsveçin Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxmadığını söyləyib. Bu barədə xarici mətbuat məlumat yayıb. Macarıstan hökuməti İsveçin NATO üzvlüyü ilə bağlı müsbət qərar qəbul edib”, - deyə Viktor Orban bildirib. Orbanın sözlərinə görə, İsveçin Türkiyə tərəfindən bloklandığı bir vaxtda Macarıstan həm Ankara, həm də bütövlükdə, NATO ilə ciddi təmasdadır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

