Macarıstanda nə baş verir?
13.02.2024 [11:18]
Macarıstan Prezidenti Katalin Novakın istefa verməsi hökumətdə müəyyən narahatlıqlar yaradıb. Belə ki, fevralın 10-da Katalin Novak istefasını pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda etdiyini açıqlayıb. Novakın istefası Macarıstanın bütün müxalifət partiyaları tərəfindən tələb edilib, çünki o, 2023-cü ildə pedofiliya cinayətində iştirak etməkdə təqsirli bilinən şəxsi əfv edib.
Qeyd edək ki, Milli televiziyada istefasının səbəbindən danışan xanım Novak “Mən səhv etdim” deyib. Bu günlərdə məlum olub ki, digər məhbuslarla yanaşı, ifadəsindən imtina etməsi üçün azyaşlı şagirdlərdən birini şantaj edərək cinayət törətməkdə təqsirli bilinən pedofil müdirini qorumağa çalışan uşaq evinin direktor müavini də azad edilib. Əfv Papa Fransiskin Budapeştə apostol səfəri ilə eyni vaxta təsadüf edib.
Prezident etiraf edib
“Mən çoxlarını çaşdıran və təşvişə salan mərhəmətli bir qərar verdim. Onların izahat istəmələri başa düşüləndir. Əfv etmək hüququ bəlkə də ən incəsidir, çünki insanın taleyi ilə bağlı əfv haqqında ərizə və mövcud məlumatlar əsasında qərar qəbul edilir. Keçən ilin aprelində məhkumun ona əmanət edilmiş uşaqların zəifliyindən sui-istifadə etmədiyinə inanaraq əfv haqqında qərar qəbul etdim. Səhv etmişəm, çünki əfv qərarı pedofiliyaya qarşı sıfır dözümlülüyə şübhələr yarada bilərdi. Buna heç bir şübhə ola bilməz ki, uşaqlara fiziki və ya mənəvi təcavüz edən birinə heç vaxt mərhəmət etməzdim. Bu belə idi və bu gün də belədir”, - deyə xanım Novak bildirib.
Qeyd edək ki, Novak ətrafında yaranmış vəziyyət Macarıstan hökumətində ciddi narahatlıq yaradıb. Xarici KİV-lərin bildirdiyinə görə, baş nazir Viktor Orban prezidentin və onun əməkdaşlarının hərəkətlərindən son dərəcə narazı olub. Qalmaqalı aradan qaldırmaq üçün o, fevralın 8-də parlamentə ölkə konstitusiyasına pedofiliyaya görə məhkum olunmuş cinayətkarların əfv edilməsini qadağan edən düzəliş təqdim etməyi təklif edib.
Novakın ardınca Macarıstanın keçmiş ədliyyə naziri, Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə hakim Fides-Macar Vətəndaş Birliyi partiyasının siyahısına başçılıq edən Judit Varqa istefa verdiyini açıqlayıb. Budapeştdə verdiyi bəyanatda o, Macarıstan prezidentinin qərarının hazırlanmasına cavabdeh olduğunu qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

