Sülhə qarşı “hibrid təhlükə”...
23.04.2026 [11:37]
Fransanın başçılıq etdiyi komanda yenidən Cənubi Qafqazı qarışdırmaq niyyətindədir
2020-ci il Vətən müharibəsindən sonrakı ilk 3 ildə Ermənistan ilə Azərbaycan arasındakı problemin sülh masasında həlli istiqamətində “aktivlik göstərən” tərəflərdən biri məhz Avropa İttifaqı idi. Bir müddət sonra Aİ-nin (Fransanın planı üzrə) “sülh çözümü” adı altında fərqli maraqlara “istinad” etdiyi məlum oldu. Xüsusilə, açıq erməni yandaşlığı etmələri, Cənubi Qafqazda sabitliyin yaranmasına mane olmaq istəmələri onların əsl planlarını üzə çıxardı. Üstəlik, Azərbaycan-Ermənistan sərhəddinə “missiya” adı altında kəşfiyyat qrupu göndərmələri də bəllidir. Bütün bunlar kompleks şəkildə Fransanın rəhbərlik etdiyi “komandanın” sülh yox, status-kvo axtarışında olduğunu sübut etdi. Azərbaycan isə bununla barışmadı - Cənubi Qafqazın yeni reallıqlarının dəyişməz olması praktik şəkildə ortaya qoyuldu. Bir günlük antiterror əməliyyatları bu cəhdlərə verilən ən layiqli cavab idi.
Artıq situasiya dəyişib - Ermənistan ilə Azərbaycan arasında sülh prosesi mühüm bir yol qət edib. Ötən ilin avqustundan etibarən sülh prosesində, münasibətlərin normallaşması yönündə əsaslı addımlar atılır. Bununla belə, deyəsən erməni lobbisinin təsiri altında olan bəzi qruplar yenə “sakitləşmək” istəmir. Son hadisələr də bunu təsdiqləyir. Avropadan yenə də “özfəaliyyət” səsləri və cəhdləri eşidilməyə başlayır.
“Hibrid təhdid missiyası”, yoxsa...
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanda seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizədə İrəvana dəstək verəcək yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Missiya yaxın aylarda fəaliyyətə başlayacaq. Onun mandatı iki il müddətinə nəzərdə tutulub, rəsmi adı isə Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia).
İlk baxışdan bu addım, Ermənistanda keçiriləcək parlament seçkilərinə hədəflənmiş kimi görünə bilər. Daha açıq kontekstdə izah etsək, seçkilərdə Nikol Paşinyana əsas rəqib olacaq Samvel Karapetyanın Rusiya vətəndaşı olması məsələnin əsas mahiyyətini təşkil edir. Aprelin 1-də Kremldə Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasındakı fikir mübadiləsi də seçiklərin gərgin keçəcəyini təsdiqləyən faktordur. Qeyd edək ki, Rusiya Karapetyanın seçkilərdə iştirakına şərait yaradılmasını “arzulayır”. Ermənistan isə hələlik mövcud olan Konstitusiyasına istinad edərək bunun mümkünsüzlüyünü bildirir - səbəb isə ayıdndır: Karapetyan rusiya vətəndaşlığını daşıyır.
Beləliklə, Avropa önləyici addımlar axtarışındadır. Qısa tezislərlə ifadə etsək, bu missiyanı göndərməklə Aİ :
- Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiyanın müdaxiləsinin qarşısını önləməyə çalışır;
- ABŞ-ın rolu ilə regionda yaranan sülh prosesinə yenidən “iştirakçı” qismində qatılmaq istəyir;
- Məhz bu yolla yeni iqtisadi transformasiyada təmsil olunmağa niyyətlənib.
Beləliklə, Ermənistana “hibrid hücumlar” dedikdə daha çox daxili siyasi proseslərə xaricdən müdaxilələr barədə danışılır. Amma unudulur ki...
Missiya marağı haradan yaranıb?
Halbuki müşahidələr göstərir ki, hibrid hücumlar bununla məhdudlaşmır. Ortada başqa nüanslar da var - seçki prosesində Savpel Karapetyan da daxil olmaqla bir sıra revanşist qüvvələr, eləcə də xaricdən maliyyələşən müəyyən qüvvələr həll olunmuş Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Sülh prosesinin inkişafından narahat olanlar hətta Ermənistanın siyasi hakimiyyətinin verdiyi bəyanatların belə ziddinə addımlar atmağa çalışır. Məlumdur ki, baş nazir Nikol Paşinyan istər Avropa Komissiyasının toplantısında, istərsə də Rusiya prezidenti ilə görüşdə Qarabağ məsələsinin artıq müzakirə mövzusu olmadığını, Qarabağı könüllü tərk edən ermənilərə Ermənistan pasportunun veriləcəyini, Konstitusiyada müvafiq dəyişikliklərin olunacağını dilə gətirmişdi. Bu isə erməni lobbisini və onların dəstəkçilərini narahat edir. Çünki sülhün imzalanması onların regiona müdaxilə imkanlarını sıfra endirəcək. Hər hansı bir revanşist iddianın qalmadığı ortamda Aİ üzvü olan bəzi dövlətlər özlərinin xəbis planlarını işlədə bilməyəcəklər. Bir çox siyasi şərhçilər də təsdiqləyirlər ki, yeni “missiyanın” bir missiyası da məhz bu istiqamətə hədəflənib - Cənubi Qafqazdakı sülh prosesinə mane olmağa çalışan ölkələr bu “missiya” vasitəsilə planlarını həyata keçirmək üçün fərqli müstəvilərdə revanşistləri “stimullaşdıra” bilər. Başqa sözlə, sülhə qarşı hibrid təhlükə yaradarlar...
Belçika və Niderland üçün “qatar gedib”...
Burada əsas fəallığı Qərbdəki erməni lobbisi, Belçika, Niderland və s. kimi ölkələrin parlamentlərində fəaliyyət göstərən bəzi deputatlar öz üzərlərinə götürüblər. Avropa parlamenti də siyahıdan kənarda deyil - fəaliyyətin başında isə hər zaman olduğu kimi Fransa dayanır. Niyə məhz Fransa? Vətən müharibəsindən ötən dövrdə rəsmi Paris müxtəlif yollarla Cənubi Qafqazda formalaşan yeni reallıqlara qarşı cəbhə açıb. Özünü “beynəlxalq hüququn təminatçılarından sayan”, BMT TŞ üzvü olan bu ölkə hətta qondarma separatçı rejimi tanımağa belə cəhd göstərib. Bu isə onu göstərir ki, Fransa bölgədəki yeni siyasi reallıqları pozmaq üçün hər an “hücuma” keçməyə hazırdır. Son zamanlar Fransa rəsmilərinin və ya parlamentinin Ermənistan-Azərbaycan sülh prosesi, ümumilikdə bölgədəki yeni proseslərlə, müharibə cinayətkarlarının ədalət mühakiməsində cəzalandırılması və bu kimi məsələlərlə bağlı susmağı isə ilk baxışdan aldadıcı görüntüdür - Fransa hələ müharibə dövründə Azərbaycana qarşı apardığı mübarizədə bütün müstəvilərdə açıq kontekstdə uduzdu. Rəsmi Paris anlayır ki. yeni mərhələdə başladacağı “mübarizədə” də məğlubiyyətə məhkumdur. Bu səbəbdən indiki halda Fransa prosesi özünün Aİ-dəki “müttəfiqləri” olan Belçika və Niderland kimi ölkələrin əli ilə gördürməyə çalışır. Bu iki ölkədə bir neçə gün öncə Azərbaycana qarşı “qətnamə aktivliyi” yaşanması da bunu sübut edir. Hər iki ölkə 6 ildir ki, revanşist ermənipərəstlər tərəfindən “çalınan hava” ilə yenidən gündəmə gəlməyə çalışıb - yenə də eyni çeynənmiş və arqumentsiz mövzular oratya atılır. “Qarabağ qaçqınları”, mühakimə olunan ermənilər kartı altında Belçika və Niderland əslində Fransanın ifadə etməyə çalışdığı mövqeni sərgiləyirlər. Amma onlar da anlayır ki, artıq “qatar” gedib...
Bu “ox” da “daş”a dəyəcək...
Beləliklə, Fransanın başçılığı, Belçika və Niderlandın dəstəyi ilə Avropa Parlamentinin Cənubi Qafqazdakı sülh prosesini yenidən hədəfə aldığının şahidi oluruq. Məqsəd sülh gündəliyini pozmaq cəhdləri, regionda yenidən gərginlik yaratmaq istəyidir. Avropa dərk edir ki, Cənubi Qafqazda Azərbaycanın qətiyyəti ilə yaranan yeni siyasi reallıqlar iqtisadi konfiqurasiyada da mühüm dəyişikliklərə səbəb olacaq. Avqustda Vaşinqtonda razılaşdırılan Zəngəzur dəhlizi (TRİPP) layihəsinin reallaşması, Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması, yeni yaranan iqtisadi münasibətlərin daha da dərinləşməsi nəinki bölgədə, ümumən qlobal situasiyada yeni dəyişikliklərə yol açacaq. Cənubi Qafqaz özünün yeni siyasi-iqtisadi xəritədəki yerini dəqiqləşdirəcək. Paralel olaraq Ermənistan da asılılıqdan xilas olacaq - bu isə Avropaya, xüsusilə Fransa və onun əlaltılığını yerinə yetirənlərə sərf etmir. Bu baxımdan da, sülhə zərbə vurmaq üçün yeni taktika seçilib - amma bu taktika da əvvəlkilər kimi fiaskoya məhkumdur. Çünki Bakının ortaya qoyduğu qətiyyət birmənalı şəkildə sülhün imzalanmasını şərtləndirir. Bu qaçılmazdır, geriyə dönüşü olmayan bir prosesdir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14

