Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda xarici ölkələrə casusluq edən şəxslər ifşa olunub

Gürcüstanda xarici ölkələrə casusluq edən şəxslər ifşa olunub

23.04.2026 [12:40]

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları xarici ölkələrin kəşfiyyat orqanları üçün casusluq edən şəxsləri ifşa edib. Onlardan bir nəfəri həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze brifinqdə məlumat verib.

Bildirilib ki, həbs olunan şəxs xarici kəşfiyyat xidməti tərəfindən casusluğa cəlb olunub və ona Gürcüstanın maraqlarına zidd olan məlumatlar toplamaq tapşırığı verilib. Casusluq ittihamı ilə həbs edilən şəxsin vəzifəli şəxs olduğu müəyyən edilib. Həmin şəxs Gürcüstan hüquq-mühafizə orqanlarının çıxış yerləri, qüvvələr və vasitələr, həmçinin onların dislokasiya yerləri ilə bağlı foto və videolar çəkib. O, eyni zamanda, Gürcüstanda strateji obyektlər - körpülər, magistral yollar da daxil olmaqla dəmir yolları və digər obyektlər haqqında fotoşəkillər, videolar və s. materiallar hazırlayıb. Saxlanılan şəxsi Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Eyni xarici kəşfiyyat xidməti tərəfindən cəlb edilmiş və alınan tapşırığa uyğun olaraq Gürcüstanın maraqlarına xələl gətirəcək müxtəlif növ məlumatlar toplayaraq xarici kəşfiyyat xidmətinin nümayəndələrinə ötürmüş digər iki nəfər isə axtarışa verilib.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30