Hindistan hökumətinə çağırış!
24.04.2026 [11:36]
BMT İnsan Hüquqları Şurasının ekspertləri siqhəsilli bloger Caqtar Sinq Cohalın azad olunmasını tələb edirlər
Son illərdə Hindistan hökumətinin siqh icmasına qarşı təzyiq və təqibləri daha da artıb. Bu vəziyyət beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Müxtəlif insan hüquqları təşkilatlarının hesabatları göstərir ki, Hindistan hökumətinin siqh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyası genişlənir və transmilli xarakter alır. Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər siqh diasporunun fəal olduğu digər ölkələrdə də müşahidə edilir. Bu, siqh fəallarına qarşı aparılan siyasətin sərhəd tanımadığını göstərir.
Caqtar Sinq Cohal Şotlandiya vətəndaşıdır
Yeri gəlmişkən, BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda uzun müddətdir qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı, siqhəsilli bloger və insan hüquqları müdafiəçisi Caqtar Sinq Cohalın dərhal azad edilməsini tələb edən bəyanatla çıxış ediblər. Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, Cohal 2017-ci ilin noyabr ayında həbs edilib. Ona sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülüb. İşgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin 10 müstəqil eksperti birgə bəyanatda onun 8 ildən artıq müddətdir ki, azadlıqdan məhrum edildiyini və qeyri-qanuni həbsdə saxlanıldığını vurğulayaraq, məhkəmə işinin hələ də yekunlaşmadığını qeyd ediblər.
Caqtar Sinq Cohal siqh icmasının fəal üzvü, bloger və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin siqh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınır. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulub.
Hindistanda məhkuma işgəncə verilir
BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində ailə üzvləri və vəkili ilə əlaqə saxlaya bilməyib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.
Bəyanatda qeyd olunur ki, Cohal 2025-ci ilin martında terrorizm ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər. Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamları ləğv etməyə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar.
Məlumdur ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiberhücumlar yer alır. Bu üsulların məqsədi siqh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır. Vətəndaş cəmiyyəti təşəbbüsləri də bu məsələnin beynəlxalq səviyyədə diqqət mərkəzində qalmasında mühüm rol oynayır. Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində siqhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans təşkil etmişdi. Tədbirdə Hindistanda siqhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunub, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilib.
BTQ siqhlərin hüquqları ilə bağlı beynəlxalq tədbirlər keçirir
Mart ayında isə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə siqh diasporunun Kanada, Böyük Britaniya, Avstraliya və ABŞ-dakı nüfuzlu nümayəndələri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər. Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin - siqh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalmaları faktları ətrafında müzakirələr aparılıb. Təşkil edilmiş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər ətrafında fikir mübadiləsi baş tutub.
Bu xüsusda beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv şəkildə tətbiqi, eləcə də BMT-nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri (reparteurs) tərəfindən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsi, eləcə də bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyi, Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyəti konfransın əsas müzakirə mövzusu olub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

