Azərbaycan regionda sülh və təhlükəsizliyin təminatçısıdır
08.05.2026 [11:21]
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni siyasi kursun ardıcıl, sistemli və çoxşaxəli təqdimatı kimi qiymətləndirilə bilər. Xüsusilə diqqətçəkən məqamlardan biri dövlət başçısının bu platformanın vaxtilə İrəvanda keçirilməsinə dəstək verdiyini vurğulaması və gələcəkdə analoji tədbirin Azərbaycanda da təşkil ediləcəyini xatırlatması oldu.
Bu yanaşma region ölkələrinin yalnız münaqişə məkanı kimi deyil, eyni zamanda, beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi təqdim olunmasına xidmət edir.
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini bir daha aydın şəkildə ortaya qoydu. Bu çıxış yalnız regional məsələlərə münasibət deyil, həm də qlobal proseslərə yanaşmanın ifadəsi kimi diqqət çəkdi. Prezident İlham Əliyevin vurğuladığı məqamlar Azərbaycanın sülhə sadiqliyini və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha nümayiş etdirdi.
Çıxışın mühüm hissələrindən biri beynəlxalq münasibətlərdə mövcud olan ikili standartların tənqidinə həsr olunmuşdu. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqe ciddi suallar doğurur. Prezident qeyd etdi ki, bu qurumların yanaşması sülh prosesinə töhfə vermək əvəzinə, bəzən onun ləngiməsinə səbəb olur. Bu isə regionda sabitliyin təmin olunmasına xidmət etmir.
Faktlara əsaslanan çıxışında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2021-ci ilin may ayından 2026-cı ilin aprelin 30-dək Avropa Parlamenti tərəfindən Azərbaycanın əleyhinə 14 qətnamə qəbul edilib. Belə addımlar isə tərəflər arasında etimadın möhkəmlənməsinə deyil, əksinə gərginliyin artmasına səbəb olur.
Dövlətimizin başçısının bu çıxışı həm tədbir iştirakçıları, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar ehtiva edirdi. Azərbaycanın mövqeyi bu çıxışda aydın, prinsipial və beynəlxalq hüquqa əsaslanan bir yanaşma kimi təqdim olundu.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub. Dövlət başçısı indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını və 12 min ton neft məhsullarının ixrac olunduğunu bildirib. Bu ticarət münasibətlərinin başlanması deməkdir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq. İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə qeyri neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var.
Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra Azərbaycan və Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər bir daha göstərib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün real imkanlar mövcuddur. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi isə bu prosesdə aparıcı rol oynamağa davam edir. Regionda dayanıqlı sülhün bərqərar olması yalnız dövlətlərin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq sayəsində mümkündür.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

