Müharibəyə davam, yoxsa...
19.05.2026 [09:31]
ABŞ İrana çağırış etdi: Razılaşmasalar, pis olacaq...
Yaxın Şərq müharibəsi “sükut zamanı”na qədəm qoysa da, müharibənin yenidən alovlanması təhlükəsi davam edir. Hazırda ABŞ və İran aprelin əvvəlində elan edilən və Prezident Donald Tramp tərəfindən qeyri-müəyyən müddətə uzadılan atəşkəs vəziyyətindədirlər. Amma bu sükut çox çəkməyə bilər. Belə ki, Axios ABŞ rəhbərliyinin müəyyən variantları müzakirə etməyi planlaşdırdığını yazır. Planın 19 mayda reallaşacağı ilə bağlı xəbərlər yayılmaqdadır.
19 mayda...
Axios xəbər verir ki, ABŞ prezidenti 19 mayda İrana qarşı hərbi variantları müzakirə etmək üçün milli təhlükəsizlik qrupunu toplayır. Bundan öncə isə dövlət başçısı Virciniyadakı qolf klubunda Vens, Vitkoff və Rubio ilə birgə görüş keçirib. Ağ Ev rəhbəri Axios-a bildirib ki, o, hələ də İranın razılaşma istədiyinə inanır. O, Tehrandan yenilənmiş təklif gözlədiyini və bunun əvvəlkindən daha yaxşı olacağına ümid etdiyini bildirib. Nəticədə isə Vaşinqtonun da razılığa gəlmək istədiyini vurğulayıb. Tramp xəbərdarlıq edib ki, İran üçün “saat işləyir” və tələsmək daha yaxşıdır. O, İran? daha əlverişli şərtlər təklif etməsə, ABŞ-ın “əvvəlkindən daha sərt” zərbə vuracağı ilə hədələyib.
Kim nəyi təklif edir?
Xatırladaq ki, mayın 17-də İranın Fars xəbər agentliyi ABŞ-ın danışıqlara başlamaq üçün İrana beş şərt təqdim etdiyini bildirmişdi. Şərtlərə əsasən:
- ABŞ tərəfindən hər hansı kompensasiya və ya zərər ödənişlərindən imtina edilməsi;
- 400 kq İran uranının çıxarılması və ABŞ-a təhvil verilməsi;
- İranın nüvə obyektlərinin yalnız bir kompleksinin istismarının davam etdirilməsi;
- İran aktivlərinin hətta 25 faizinin dondurulmasının ləğv edilməsindən imtina edilməsi;
- Danışıqların aparılması və irəliləməsi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması bildirilir.
Ardından isə Tehran danışıqların bərpası üçün özünün beş şərtini irəli sürüb. Bunlar arasında:
- Livanda bütün cəbhələrdə müharibənin dayandırılması;
- İrana qarşı sanksiyaların ləğvi;
- İran aktivlərinin dondurulmasının ləğvi;
- Hərbi əməliyyatlardan dəyən ziyana görə kompensasiya;
- İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması yer alır.
Tramp iranlıların son təklifini rədd edərək, onu “cəfəngiyat” və “tamamilə qəbuledilməz” adlandırdı. O, hətta təqdim olunan şərtləri sonuna qədər oxumadığını bildirib.
Daha sonra Amerika prezidenti İranla müharibənin yalnız qismən bitdiyini elan etdi və onu sona çatdıracağına söz verdi. O izah etdi ki, atəşkəs digər ölkələrə, xüsusən də Pakistana bir lütf idi.
Trampdan sərt mesaj...
ABŞ prezidenti Donald Tramp İranın ondan qorxmalı olduğunu bildirib. İsrailin 13-cü Kanalına müsahibəsində dövlət başçısı “İranlılar qorxmalıdırlar, düşünürəm ki, onlar məndən qorxmalıdırlar”, - deyə qeyd edib. Truth Social-da isə Tramp Orta Şərqin xəritəsinin şəklini paylaşıb. Şəkildə İran mərkəzdədir və İraq, BƏƏ, Oman, Pakistan və Əfqanıstan da daxil olmaqla qonşu ölkələrdən qırmızı oxlar ona doğru yönəlib.
Vurğulayaq ki, Ağ Ev rəhbəri daha əvvəl gəmilərlə əhatə olunmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin köynəyində süni intellektdən yaradılan şəklini paylaşıb. Başlıqda deyilirdi: “Bu, fırtınadan əvvəlki sakitlik idi.”
ABŞ Prezidenti BFMTV-yə verdiyi açıqlamada bildirib ki, İran ABŞ ilə sülh sazişi əldə etməsə, çətin günlərlə üzləşəcək. O, İranla yaxın zamanda razılaşma əldə edilib-edilməyəcəyini bilmədiyini bildirib. “Onların əldə edib-etməyəcəyi barədə heç bir fikrim yoxdur. Əks təqdirdə, onları çox çətin günlər, çox çətin günlər gözləyir. Yaxşı olar ki, razılaşma əldə etsinlər”, - deyə ABŞ Prezidenti bildirib.
Daha əvvəl Tramp İranın sülh təklifini qəbuledilməz adlandırıb. “Əl-Cəzirə”nin məlumatına görə, İran ABŞ-a müharibəyə son qoymaq üçün üç mərhələli plan təqdim edib və bu plan atəşkəsdən Yaxın Şərqdə uzunmüddətli razılaşmaya keçidi nəzərdə tutur.
Çinin mövqeyini öyrənmək üçün...
CNN mənbələrə istinadən xəbər verib ki, Pentaqon, Prezident Donald Trampın hücumları bərpa etmək qərarına hazırlıq mərhələsinə qədəm qoyub. Bunun üçün bir sıra planlar hazırlanıb. Hədəflərə İranın enerji obyektləri və digər infrastruktur daxildir. Nəşr vurğulayr ki, Tramp Tehranın danışıqları aparmasından getdikcə daha çox məyus olur və Hörmüz boğazının bağlanmasından və bunun qlobal neft qiymətlərinə təsirindən narazı qalır. Pekinə səfəri zamanı prezident və komandası Tehranla bağlı əlavə addımlar barədə qərarı təxirə salıblar. ABŞ rəsmilərinin sözlərinə görə, onlar əlavə addımlar müəyyən etməzdən əvvəl Trampla Çin lideri Si Cinpin arasındakı danışıqların nəticələrini gözləmək istəyiblər.
İranın “Hörmüz planı”...
İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Əməliyyatlar Qərargahının sözçüsü İbrahim Zülfəqari isə bildirib ki, cənubi Fars körfəzindəki bütün ABŞ hərbi bazaları tezliklə bağlanacaq. “Son 24 saat ərzində İİKK donanması Hörmüz boğazından tək bir gəminin keçməsinin qarşısını alıb. Biz yeni bir nizam quracağıq”, - deyə o, sosial mediada yazıb.
Qeyd edək ki, ABŞ-ın bölgədəki əsas hərbi bazaları Fars körfəzi ölkələrində yerləşir. Yaxın Şərqdə ABŞ-ın əsas hərbi bazası olan və Mərkəzi Komandanlığın İrəli Qərargahı və Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hava Bazası isə Qətərdədir. ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas mərkəzi olan 5-ci Donanmanın yerləşdiyi NSA Bahrain-ə isə Bəhreyn “ev sahibliyi” edir. Küveytdəki Arifjan düşərgəsi ABŞ hərbi quru bazası kimi xidmət edir və logistika mərkəzi kimi xidmət göstərir - bu ölkədə həmçinin taktiki hava bazası və kəşfiyyat mərkəzi olan Əli Əl-Salem Hava Bazası yerləşir. BƏƏ də Əl-Dəfra Hava Bazası ABŞ hava qanadına ev sahibliyi edir, Əl-Minhad Hava Bazası isə xüsusi missiyalar üçün logistika və dəstək təmin edir.
Qeyd edək ki, bir neçə gün öncə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi İranın Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün “peşəkar mexanizm” hazırladığını və tezliklə təqdim edəcəyini açıqlamışdı. Bu mexanizm gəmilərin İran tərəfindən təsdiq edilmiş marşrut üzrə və ödənişli şəkildə hərəkət etməsini nəzərdə tutur. Əzizinin sözlərinə görə, marşrut gəmiləri müşayiət edən ABŞ-ın Azadlıq Əməliyyatı Layihəsinin iştirakçıları üçün bağlanacaq.
Danışıqlar davam edəcəkmi?
Bu arada Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvi ötən həftəsonu İranın yüksək vəzifəli rəsmiləri ilə müharibəyə son qoymaq üçün razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Tehrana səfər edib. Bəlli olduğu kimi, Pakistan ABŞ və İran arasında rəsmi vasitəçidir.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ-ı müharibəyə son qoymaq üçün İranın irəli sürdüyü təklifi qəbul etməyə çağırıb və bildirib ki, onlar nə qədər çox tərəddüd etsələr, “bir o qədər çox Amerika vergi ödəyicisi bunun üçün pul ödəyəcək”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

