Şəhərsalmada biznesin üzərinə düşən vəzifələr
19.05.2026 [11:49]
Biznes Assambleyasının sessiyasında mənzil təminatı ilə müzakirələr aparılıb
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib. “Ehtimallara qarşı çalışmaq: Mənzil dəyər zəncirində özəl sektor liderliyi” mövzusunda keçirilən sessiyada adekvat mənzil təminatı ilə bağlı planlaşdırma və mənzil dəyər zəncirinin transformasiyası istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, bu kritik inkişaf çağırışı istiqamətində qlobal iqtisadiyyatda ictimai fəaliyyətlə yanaşı, özəl sektorun potensialına dair fikir mübadiləsi olub. Biznes Assambleyası adekvat mənzil təminatı və mənzil dəyər zəncirinin transformasiyası prosesinə özəl kapitalın səfərbər edilməsi, risklərin aradan qaldırılması üçün strateji platforma rolunu oynayır.
Daha çox mənzil tikmək üçün nə lazımdır?
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional Proqram Bölməsinin direktoru Patrik Kanaqasinqham bildirib ki, Biznes Assambleyası çərçivəsində aparılan müzakirələr mütləq özəl sektoru, akademik dairələri və müxtəlifliyi əsas tərəfdaşlar kimi müəyyən edir. Əsas məqsəd özəl sektorun və biznes tərəfdaşlarının müxtəlifliyinin aydın şəkildə müəyyən edilməsi, biznes ictimaiyyətini irəli aparacaq əsas sektorlarda birləşdirməkdir. Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampaqnoli isə daha çox mənzil tikmək üçün ölkələri və hökumətləri planlaşdırma, xidmətlərə əlçatanlıq, iqlim dəyişikliyinin təsirlərini nəzərə almağa çağırıb. Onun fikrincə, 2030-cu ilə qədər 3 milyard insan hökumətlərə, şəhərlərə, bazarlara və qurumlara təzyiq göstərərək təhlükəsiz, əlverişli və iqlimədavamlı mənzillərə çıxış tələb edəcək.
Digər ekspertlər də dünyada tikinti sektorundakı inkişaf və problemlərdən danışaraq bu sahədə transformasiya və səmərəliliyin artırılmasının, bu sahədə məlumatlara əsaslanan idarəetmənin və rəqəmsallaşdırmanın həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin, özəl sektorun bu prosesə cəlb olunması, “yaşıl infrastruktur” layihələrində texnologiya şirkətlərinin vacibliyinə diqqət çəkilib.
Binalar və Tikinti üzrə Qlobal Alyansın katibliyinin rəhbəri Gulnara Roll, “Holcim Azerbaijan”ın baş direktoru Serjiu Stoykov, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan “RUSAL” şirkətinin iqlim tənzimlənməsi və beynəlxalq karifikasiya departamentinin rəhbəri Aleksey Spirin və “SmatSyban” şirkətinin baş icraçı direktoru Parisa Kloss mənzil tikintisi dəyər zənciri üçün, eləcə də innovasiyalar və əməliyyat təcrübəsinin qlobal prioritetlərə uyğunlaşdırılması istiqamətində özəl sektorun siyasət öhdəliklərindən bəhs ediblər.
Texnologiya transferinə zəmin, data-əsaslı qərarvermə
Ümumilikdə, “WUF13 sessiyası çərçivəsində keçirilən ilk görüşlər də təsdiqləyir ki, dövlət qurumları, beynəlxalq maliyyə institutları, texnologiya və tikinti şirkətləri, eləcə də şəhər planlaşdırılması üzrə aparıcı konsaltinq qurumları bir araya gələrək təcrübə mübadiləsi aparır, yeni tərəfdaşlıqlar qurur. Panel müzakirələri və ikitərəfli görüşlərdə səsləndirilən fikirlərdən də aydın olur ki, şəhərsalmanın rəqəmsal transformasiyası sadəcə texnoloji tendensiya deyil, həm də daha inklüziv və dayanıqlı inkişafa aparan yoldur. Bu quruculuqda data-əsaslı qərarvermə, “smart” şəhərlərin və vətəndaş yönümlü rəqəmsal platformaların inkişafı şəffaflıq və hesabatlılıq, habelə dayanıqlı şəhərsalma strategiyasının formalaşmasında xüsusi rol oynayır. Bu baxımdan biznes təmsilçilərinin bir araya gələrək bu qlobal məsələləri dərindən təhlil etməsi və ideyalar irəli sürməsi xarici şirkətlərə ölkənin şəhərsalma strategiyası, investisiya mühiti və hüquqi çərçivəsi barədə birbaşa məlumat əldə etmək imkanı yaradır. Bu isə uzunmüddətli layihələrin formalaşmasına, birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə zəmin hazırlayır.
Biznes icması üçün yeni imkanlar
WUF13 biznes müəssisələri üçün yeni imkanların yaradılması, praktik həll yollarının tapılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq çərçivəsində tikinti, sənaye, innovasiya, texnologiya və digər istiqamətlərdə çalışan peşəkar biznes icmaları bir araya gələrək real şəhərsalmada öz müasir inkişaf planlarını təqdim edir. Bakı Forumunda ilk dəfə mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yeni bir komponent - Biznes və İnnovasiya Mərkəzinin təsis edilməsi isə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxarmaqda çevik mexanizm qurulması deməkdir. Mərkəz mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün bir platforma yaratmaq məqsədi daşıyır, dövlət və özəl sektor nümayəndələrini, digər inşaat seqmentlərini maraqlı bir ideya ətrafında birləşdirir.
Bu platforma həm də kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarının da şəhərsalmada öz innovasiya, texnologiya imkanlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkanın - Startap Pavilyonunun təqdim olunması da məhz yeni ideyaları təşviq etmək məqsədi daşıyır. Dünyanın 10 ölkəsindən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır. Yeri gəlmişkən, bu prosesdə Azərbaycanın startapları da fəallıq nümayiş etidirməkdədir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyevin fikrincə, ölkəmizin startaplarının təqdim etdikləri biznes ideyaları xarici ekspertlər tərəfindən maraqla qarşılanır. Kiçik və orta biznes subyektlərinin infrastruktur və tikinti layihələrində iştirakçılığı təkcə dayanıqlı şəhər infrastrukturunun qurulmasında rolunu artırmır, eyni zamanda, investorlar və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını təmin etməklə, yeni təşəbbüslərin ərsəyə gəlməsinə öz müsbət təsirlərini göstərir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

