Məsuliyyət, dəqiqlik və etibar...
02.06.2026 [08:39]
Aviasiya işçiləri mavi səmanın etibarlı keşikçiləridir
Səmanın sonsuz maviliyində hər gün minlərlə insan təhlükəsiz və rahat şəkildə mənzil başına çatır. Qitələri birləşdirən, xalqları yaxınlaşdıran, iqtisadiyyatları canlandıran bu gücün adı mülki aviasiyadır. Bir zamanlar yalnız xəyal edilən uçuşlar bu gün həyatımızın ayrılmaz parçasına çevrilib. Bu missiyanı yerinə yetirən mülki aviasiya işçiləri öz peşəkarlıqları, məsuliyyətləri və fədakar əməkləri ilə mühüm rol oynayırlar.
Məhz buna görə də Prezident İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamına əsasən, 2 İyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.
Mülki aviasiya sadəcə nəqliyyat sahəsi deyil, yüksək dəqiqlik, ciddi intizam, müasir texnologiyalar və insan amilinin vəhdəti üzərində qurulan mürəkkəb bir sistemdir. Bu sistemin dayanıqlı fəaliyyəti isə pilotlardan dispetçerlərə, mühəndislərdən texniki heyətə, hava limanı əməkdaşlarından uçuş təhlükəsizliyinə cavabdeh olan mütəxəssislərə qədər böyük bir komandanın gecə-gündüz davam edən əməyi sayəsində mümkün olur. Hər uğurlu uçuşun arxasında görünməyən, lakin son dərəcə vacib olan zəhmət dayanır.
Bu gün Azərbaycan mülki aviasiyası regionun ən müasir və dinamik inkişaf edən sahələrindən biri kimi tanınır. Beynəlxalq standartlara uyğun qurulan infrastruktur, müasir hava limanları, yenilənən aviapark və peşəkar kadr potensialı ölkəmizin aviasiya sahəsində qazandığı uğurların əsas göstəricilərindən hesab olunur. Azərbaycanın hava qapıları təkcə sərnişinləri deyil, həm də ölkənin iqtisadi, turizm və beynəlxalq əlaqələr sahəsindəki nailiyyətlərini dünyaya daşıyan mühüm strateji mərkəzlərə çevrilib.
Bakıda yerləşən və öz memarlıq üslubu, texnoloji imkanları, yüksək xidmət keyfiyyəti ilə dünyanın müxtəlif nüfuzlu reytinqlərində ön sıralarda yer alan Heydər Əliyev Beynəlxalq Hava Limanı hər gün minlərlə sərnişini qəbul etməklə yanaşı, ölkənin beynəlxalq hava qovşağı kimi fəaliyyət göstərir. Azərbaycanın mülki aviasiyasının uğurlarından danışarkən AZAL-ın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Şirkət müasir təyyarələrdən ibarət parkı, təhlükəsizlik standartlarına ciddi riayət etməsi, yeni istiqamətlərin açılması və xidmət keyfiyyətinin daim yüksəldilməsi sayəsində regionun aparıcı hava yollarından birinə çevrilib.
Son illərdə ölkənin müxtəlif bölgələrində yeni hava limanlarının tikilməsi və mövcud hava limanlarının yenidən qurulması nəticəsində Azərbaycanın nəqliyyat xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən müasir hava limanları həmin ərazilərin sosial-iqtisadi inkişafına yeni nəfəs gətirməklə yanaşı, regionun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını daha da sürətləndirib. Bu gün Azərbaycan səmasında təyyarələrin təhlükəsiz şəkildə hərəkət etməsi, ölkənin hava məkanının beynəlxalq tranzit marşrutları üçün cəlbedici istiqamətə çevrilməsinə şərait yaradır. Hava nəqliyyatının iqtisadiyyatın müxtəlif sahələrinə müsbət təsir göstərməsi onu deməyə əsas verir ki, Azərbaycan mülki aviasiyası gələcəkdə də inkişaf tempini qoruyaraq regionun ən güclü aviasiya mərkəzlərindən biri statusunu daha da möhkəmləndirəcək.
2 İyun münasibətilə bütün mülki aviasiya işçilərini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, təhlükəsiz uçuşlar və daim açıq səma arzulayırıq. Səmanın etibarlı keşikçiləri olan bu insanların peşəkarlığı və zəhməti sayəsində üfüqlər daha yaxın, yollar isə daha təhlükəsizdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

