Azərbaycanın enerji siyasətinin yeni mərhələsi və qlobal tərəfdaşlıq gündəliyi
03.06.2026 [14:10]
2026-cı il iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edərək proqram xarakterli çıxış edib. Dövlət başçısının çıxışı Azərbaycanın enerji strategiyasının hazırkı vəziyyətini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri, təbii qaz ixracının genişləndirilməsi istiqamətində görülən işləri və bərpaolunan enerji sahəsində qarşıda duran hədəfləri əhatə edib.
Prezident İlham Əliyev bildirib ki, artıq 31-ci dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi və onun əsasında formalaşan Bakı Enerji Həftəsi müasir Azərbaycanın enerji inkişafının təməlində duran mühüm beynəlxalq platformaya çevrilib. Dövlət başçısı qeyd edib ki, 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsi Azərbaycanın qaz sənayesinin inkişafında yeni mərhələ açaraq ölkəni Avrasiyanın enerji xəritəsində mühüm aktorlardan birinə çevirib. Çıxış zamanı Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuza xüsusi diqqət yetirilib. Vurğulanıb ki, ölkəmiz uzun illərdir beynəlxalq öhdəliklərinə sadiq qalaraq tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan iri enerji layihələri regionda əməkdaşlığın möhkəmlənməsinə və enerji marşrutlarının şaxələndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında ölkənin zəngin qaz ehtiyatlarına da toxunaraq bildirib ki, mövcud ehtiyatlar ən azı növbəti yüz il ərzində həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin tələbatını ödəmək imkanına malikdir. Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarına arxalanmır, eyni zamanda yaşıl enerji keçidini strateji prioritet kimi müəyyənləşdirib. Dövlət başçısının sözlərinə görə, ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb və artıq bir sıra layihələr uğurla həyata keçirilir.
Çıxışda enerji təhlükəsizliyinin bu gün beynəlxalq təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulanıb. Azərbaycan isə öz etibarlı tərəfdaş imici, sabit siyasi mühiti və uzunmüddətli enerji strategiyası ilə qlobal enerji bazarında mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyev ölkənin həm karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi, həm də yaşıl enerji potensialının reallaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini diqqətə çatdırıb.
Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi nailiyyətləri yeni çağırışlara uyğun şəkildə inkişaf etdirərək regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş mövqeyini daha da gücləndirmək əzmindədir. Enerji diplomatiyasının uğurlu nəticələri, beynəlxalq əməkdaşlığın genişlənməsi və yaşıl enerji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin bu sahədə strateji rolunu gələcək illərdə də qoruyub saxlayacağını təsdiqləyir.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilkatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19

