/ / Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır
Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır
11.06.2026 [10:45]
Azərbaycan texnologiya, innovasiya və biliklərə əsaslanan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı deyib.
Hüseyn Hüseynov bildirib ki, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub.
“İki ölkə arasında əməkdaşlıq əvvəlcə enerji sahəsində formalaşıb, hazırda isə innovasiya, texnologiya və rəqəmsal transformasiya istiqamətlərində inkişaf edir. Ötən həftə keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqu iki ölkə arasında əməkdaşlığın yeni imkanlarını ortaya qoyub. Enerji və kritik minerallar sahəsində əməkdaşlıqla yanaşı, yüksəkməhsuldar hesablama sistemləri, süni intellekt infrastrukturu, bulud texnologiyaları və rəqəmsal innovasiyalar istiqamətində də tərəfdaşlığın yeni mərhələsi formalaşır. “Dell Technologies”, “Oracle”, “Microsoft”, “Amazon” və digər beynəlxalq şirkətlərlə əməkdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi investisiya tərəfdaşlığından strateji texnoloji əməkdaşlığa keçid etdiyini göstərir. Bu təşəbbüslər birlikdə daha yüksək məhsuldarlıq yaradan, keyfiyyətli iş yerləri formalaşdıran, investisiyaları cəlb edən və qlobal rəqabət qabiliyyətini artıran müasir rəqəmsal iqtisadiyyatın əsasını təşkil edir”, – deyə H.Hüseynov bildirib.
Hüseyn Hüseynov əlavə edib ki, Azərbaycan rəqəmsal transformasiyanın biznes üçün real nəticələr verməsinə xüsusi önəm verir: “Bu məqsədlə yerli müəssisələrin qabaqcıl texnologiyaları tətbiq etməsi, istehsal proseslərini modernləşdirməsi və əməliyyat səmərəliliyini artırması istiqamətində təşəbbüslər dəstəklənir. Azərbaycanın ilk rəqəmsal iqtisadi zonası olan “Digital Silk Way” layihəsini innovasiyaların sənaye islahatlarına çevrilməsinin uğurlu nümunəsi kimi dəyərləndirib. İnvestorlar və tərəfdaşlar üçün sabit və proqnozlaşdırılan biznes mühiti, əlverişli coğrafi mövqe, enerji resursları və islahatlara əsaslanan inkişaf strategiyası təklif edilir. Azərbaycan gələcəyin sənayelərinin, texnologiyalarının və imkanlarının formalaşdırılmasında sizin tərəfdaşınız olmağa hazırdır”, – deyə H.Hüseynov beynəlxalq biznes ictimaiyyətinə müraciət edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19

