/ / Xocavənddə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsi və müstəqil dövlətçilik” mövzusunda tədbir keçirilib
Xocavənddə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsi və müstəqil dövlətçilik” mövzusunda tədbir keçirilib
12.06.2026 [22:50]
12 iyun 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev irsi və müstəqil dövlətçilik” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, idarə, müəssisə və təşkilatların , inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Əvvəlcə 15 İyun Milli Qurtuluş Günü münasibətilə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi anılmışdır. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulu öndərin xilaskarlıq missisyasına həsr olunmuş film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır. Bildirilmişdir ki, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycan dövlətçiliyini ciddi sınaq qarşısında qoymuşdu. Məhz belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Eyvaz Hüseynov qeyd etmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının xilası, milli həmrəyliyin təntənəsi və dövlətçilik ideyalarının zəfəri kimi tarixə düşmüşdür. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, iqtisadi inkişafın əsası qoyulmuş, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınmağa başlamışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmiz regionun lider dövlətinə çevrilərək yeni-yeni uğurlara imza atır. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. O qeyd edib ki, Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri nəticəsində ölkəmiz inkişaf yoluna qədəm qoymuş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Vüsal Hüseynov çıxışında vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası məhz Heydər Əliyevin ideyaları əsasında formalaşmış və bu gün də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynamaqdadır. O, gənc nəslin Ümummilli Liderin dövlətçilik fəlsəfəsini dərindən öyrənməsinin və milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbirdə digər çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və hüquqi dövlət quruculuğunda mühüm rol oynadığını qeyd etmişlər. Bildirilmişdir ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, qanunun aliliyi prinsipləri möhkəmləndirilmiş, dövlət institutlarının fəaliyyəti daha da təkmilləşdirilmişdir. Belə tədbirlərin keçirilməsində tarixi yaddaşın qorunması, dövlətçilik ənənələrinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Çıxışlarda qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirmiş, iqtisadi inkişafını təmin etmiş və beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi, sosial və hərbi sahələrdə mühüm uğurlar qazanır, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Tədbirin sonunda iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmış, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycanın inkişafında bu irsin rolu barədə geniş müzakirələr aparılmışdır. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə sadiqliklərini ifadə etmiş, ölkəmizin daha da inkişafı naminə birgə fəaliyyətin vacibliyini vurğulamışlar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

