Azərbaycanın Qurtuluşunun Memarı: Heydər Əliyevin Xalq və Dövlət Qarşısındakı Tarixi Xidməti
16.06.2026 [10:55]
Azərbaycanın müasir tarixində 1993-cü il ölkəmizin taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalmışdır. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həmin dövrdə həm xarici təzyiqlərlə, həm də daxili siyasi qarşıdurmalarla üz-üzə idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, cəbhədə vəziyyət ağırlaşır, ölkə daxilində isə siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə dərinləşirdi. Dövlətçiliyin gələcəyi ciddi təhlükə altına düşmüşdü.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müstəqil yaşamasını istəməyən qüvvələr həm ölkə daxilində, həm də xaricdə mövcud idi. Strateji mövqeyi, zəngin təbii sərvətləri və geosiyasi əhəmiyyəti ilə seçilən Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması bəzi dairələrin maraqlarına uyğun gəlmirdi. Xarici təzyiqlərlə yanaşı, daxildəki hakimiyyət çəkişmələri və idarəetmədəki ciddi problemlər ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
1993-cü ilin iyun hadisələri zamanı ölkədə vəziyyət daha da gərginləşdi. Xalq baş verən proseslərin Azərbaycanın gələcəyini təhlükə altına saldığını aydın şəkildə görürdü. Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin xilası üçün tarixi zərurətə çevrildi. Onun zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısı alındı, sabitlik bərpa edildi və dövlət müstəqilliyi qorundu.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkədə hüquqi dövlət quruculuğu prosesi sürətləndirildi, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirildi. Məhz həmin dövrdən etibarən ölkəmiz inkişaf yoluna qədəm qoydu, milli maraqlara əsaslanan siyasət formalaşdırıldı və dövlətçilik ənənələri gücləndirildi.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurlu nəticələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strateji xətt ardıcıl şəkildə davam etdirilir və Azərbaycan daha da güclənir.
Tarix göstərir ki, 1993-cü ildə xalqın düzgün seçimi Azərbaycanı böyük təhlükələrdən xilas etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə bir siyasi hadisə deyil, həm də müstəqil Azərbaycan dövlətinin qorunmasının, inkişafının və gələcək uğurlarının əsasını təşkil edən taleyüklü dönüş nöqtəsi idi. Bu səbəbdən də Ulu Öndərin xidmətləri xalqımız tərəfindən daim yüksək ehtiramla yad edilir və dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında xüsusi yer tutur.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

