Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir

17.06.2026 [15:16]

Ölkəmizin malik olduğu strateji mineral ehtiyatların 80 faizdən çoxu azad edilmiş ərazilərdə cəmlənib.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, mədən sənayesi bu regionlarda iqtisadi fəaliyyətin əsas istiqamətlərindən biridir.

“Azad edilmiş ərazilərin bərpası Azərbaycan üçün yalnız iqtisadi və ya sosial layihə deyil, məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıdışını təmin edən milli əhəmiyyətli prosesdir. Bölgələr “yaşıl inkişaf zonaları” elan olunub və bütün infrastruktur layihələri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Azad edilmiş ərazilərin iqtisadi potensialı təkcə mədənçiliklə məhdudlaşmır. Kənd təsərrüfatı, turizm, sənaye, logistika və nəqliyyat sahələri də bölgənin inkişafında mühüm rol oynayacaq”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30