ABŞ təmkinli pul siyasəti yürütməkdə davam edir
19.06.2026 [09:59]
Federal Ehtiyat Sistemi daxili və xarici riskləri nəzərə alaraq uçot dərəcəsini sabit saxlayıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) iyunun 17-də keçirilən iclasında 2026-cı ilin üçüncü pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Yəni, FES aşağı uçot siyasətinin davam etdirilməsini məqsəduyğun hesab etməyib və mövcud stavkanı məqbul sayıb. Qeyd edək ki, FES sonuncu dəfə 2025-ci il dekabrın 10-da faiz dərəcəsini 25 baza bəndi endirib və hazırda bu rəqəm 3,75-dən yüksək deyil. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir.
FES-in bu qərarı yeni sədr Kevin Uorşun rəhbərliyi altında qəbul edilən ilk addım sayılır. Çoxları əvvəlki FES sədri Jerome Poveli iqtidarın kadrı olmadığını və faiz siyasətində administrasiyanın tələblərini icra etməyən maliyyəçi kimi tanıyır. Uorşu isə Trampın kadrı hesab edir. Ona görə də, yeni FES sədrinin eyni faiz siyasətini davam etdirməsi maliyyə sektorunda
təəccüblə qarşılanıb. Ancaq iqtisadçılar Kevin Uorşun faiz dərəcələrinin dəyişməz saxlanması ölkədəki iqtisadi vəziyyətdən qaynaqlandığını düşünür. Ölkədə inflyasiya və iqtisadi artım perspektivləri ilə bağlı vəziyyət bu, ehtiyatlı qərarın verilməsinə səbəb olub.
FES-in qərarı kriptoinvestorları məyus edib
Faiz qərarı ilə bağlı FES heyətində müəyyən fikir ayrılıqları da yaşamıb. Əksər üzvlər faizin sabit saxlanmasına səs versə də, bəzi bank nümayəndəsi faizlərin 3,25 nisbətinə endirilməsini təklif edib. Həmin şəxslərin kriptobazarın fəal dəstəkçisi olduğu istisna edilmir, çünki aşağı faizlər dəhliz investisiya və fond bazarlarında kriptovalyutanı, əsasən də bitkoini bahalaşdıra bilər. Hazırda bu bazarda durğunluq hökm sürür ki, investorlar mövcud mühitdən narahatdır. Xüsusilə də Trampa yaxın biznes icması aşağı faiz dərəcəsi şəraitində virtual bazarın aktivləşməsinə çalışır.
Onlar hesab edirlər ki, aşağı faiz dəhlizi maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdıra bilər. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artırmağa çalışır. Ancaq bank heyəti hazırkı qlobal təhdidlər fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləmir. Bunun əsas səbəbi isə ABŞ-da işsizlik səviyyəsinin azalmaması, iqtisadi fəallığın hələ də qənaətbəxş olmaması və inflyasiyanın artmasıdır.
Yaxın Şərqdəki gərginlik pul siyasətinə təsir edir
FES sədri Kevin Uorşun ilk mesajlarından belə aydın olur ki, ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalır və hazırda qlobal bazarda enerji qiymətlərinin yüksək qalması inflyasiyanı daha da artıracaq. Xüsusilə də, yeni neft şokunun yaşanması mal və xidmətlərin dəyərini kəskin bahalaşdırmaqla inflyasiyanın hərarətini artıracaq.
ABŞ Mərkəzi Bankının açıqlamasından da məlum olur ki, qurum ehtiyatlı və mühafizəkar pul siyasətinin davam etdirilməsində qərarlıdır. Buna təsir edən bir çox fundamental amillər var ki, onlar həm daxili makroiqtisadi mühitdən, həm də xarici təsirlərdən qaynaqlanır. İll növbədə, ABŞ-da inkişaf göstəriciləri kifayət qədər qənaətbəxş hesab edilsə də, bəzi bazar və maliyyə indikatorları hökumətin baxışlarına tam cavab vermir. Ölkədə ilin ilk 5 ayı ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. Ancaq bununla belə, inflyasiya hələ də hədəf səviyyəsindən yüksəkdir, maliyyə indeksləri artmayıb, hətta bəzi investisiya qurumlarının və fond institutlarının indeksləri cüzi ucuzlaşlıb. Mart ayında isə iqtisadi aktivlik müəyyən qədər zəifləyib, istehlak sektorunda artım tempi yavaşıyıb, biznes göstəricilərində ehtiyatlı dinamika müşahidə olunur. Bu vəziyyət ABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlı yüksəliş trendi formalaşdırmasının qarşısını da alır.
Yaxın Şərqdəki gərginliyin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkən FES xarici faktorun pul və maliyyə bazarlarını təhdid edəcəyini gizlətmir. Bu ssenarilər şəraitində qiymət sabitliyi və tam məşğulluq hədəfləri üzrə riskləri yaxından izləməyə davam edəcəyini vurğulayan qurum gərginliyin uçot siyasətinə mənfi təsirlərini istisna etmir. Qeyd olunduğuna görə, gələcək faiz qərarlarında iqtisadi göstəriciləri, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək. Gərginlik bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq.
FES-in qərarı qlobal bazarlara necə təsir göstərəcək?
FES-in yüksək faiz dərəcələri qlobal maliyyə və investisiya bazarını müəyyən qədər sıxır və səhmdarlar aktivlərə yüksək həcmlərdə kapital yatırmırlar. Aşağı dərəcəli faiz stavkası isə qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün də xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.
Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kritovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarların digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

