Pentaqonun rəhbəri ABŞ qoşunlarının Avropada qalmasına yenidən baxılacağını elan edib
18.06.2026 [23:35]
ABŞ müdafiə naziri Pit Heqset iyunun 18-də Amerika qoşunlarının Avropada yerləşdirilməsinə yenindən baxılacağını elan edib və bildirib ki, proqramdan faydalanan müttəfiqlər müdafiə xərcləri öhdəliklərini yerinə yetirməsələr, Amerikanın NATO-ya verdiyi töhfələrin bir hissəsini dayandırıla bilər.
AZƏRTAC xəbər verir ki, Brüsseldəki NATO qərargahında müdafiə nazirləri ilə görüşən Heqset ABŞ-nin bu araşdırmasının altı aya qədər davam edəcəyini və bu məsələnin Avropada minimum sayda Amerika qoşununu qanuniləşdirən Konqreslə məsləhətləşmələri əhatə edəcəyini bildirib.
“Reuters” xəbər verir ki, o, araşdırmanın Avropada ABŞ qoşunlarının sayının azalmasına səbəb ola biləcəyini açıq şəkildə bildirməsə də, məqsədin Amerika ordusunun qlobal öhdəliklərini yerinə yetirə biləcəyini təmin edərkən qitəni daha aktiv tədbirlər görməyə təşviq etmək olduğunu vurğulayıb.
“Şübhə etməyin, bu, əsl təhlil olacaq. Bu, NATO-nun Avropanın müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürərək Avropa liderliyinə doğru sürətli və dönməz şəkildə irəliləməsini təmin etmək üçün hazırlanacaq”, - deyə Heqset bildirib.
O, həmçinin İranla müharibə zamanı ABŞ-yə dəstək verməyən müttəfiqləri tənqid edib, çünki onlardan bəziləri müharibə məqsədləri üçün Amerikanın baza qurma və ərazisi üzərindən uçuş hüquqlarını rədd edib.
Heqset bəyan edib ki, aparılacaq təhlil ABŞ-nin baza qurmaq və ölkə ərazisi üzərindən uçuş hüquqlarının təmin edilməsini nəzərə alacaq.
Ötən ay ABŞ müttəfiqlərini böhran vəziyyətində Alyansın ixtiyarında olan Amerika hərbi imkanlarının sayını azaltmaq qərarı barədə məlumatlandırıb və bu, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl ciddi suallar doğurub. NATO-nun ali müttəfiq komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı Aleksus Qrinkeviç bildirib ki, bu addım Vaşinqtonun birdən çox döyüş zonasında eyni vaxtda münaqişələr potensialı ilə üzləşdiyi bir vaxtda Amerika qüvvələri üzərindəki “sağlam olmayan qarşılıqlı asılılığa” tədricən son qoymaq məqsədi daşıyır.
Mənbəyə görə, NATO-da yerləşdirilən Amerikanın F-15 və F-15E qırıcı təyyarələrinin sayı üçdəbir azaldılaraq 99-a, MQ-4 və MQ-9 Reaper dronlarının sayı isə iki dəfə azaldılaraq 12-yə endiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10

