Azad ərazilərin aqrar potensialı yeni inkişaf mərhələsinə qədəm qoyur
19.06.2026 [10:30]
Azərbaycanda əhalinin təxminən yarısının regionlarda yaşaması nəzərə alınmaqla ölkədə kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələ kimi deyil, eyni zamanda, milli təhlükəsizliyin vacib tərkib hissəsi, sosial rifah, məşğulluq və regional inkişafın əsas istiqamətlərindən biri kimi qəbul edilir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ifadə etdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, dövlət hazırkı strateji mərhələdə aqrar sektoru keyfiyyətcə yeni inkişaf səviyyəsinə qaldırmaqda israrlıdır. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf, ixrac potensialının artırılması və kəndlərin sosial-iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyan mühüm sənəd kimi qiymətləndirilir.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə aqrar sektorun inkişafı ilə bağlı yeni hədəflərin müəyyənləşdirilməsi yalnız daxili amillərdən qaynaqlanmır. Bunu həm də qlobal ərzaq bazarında müşahidə edilən çətin vəziyyət, təchizat zəncirinin pozulması və getdikcə intensivləşən iqlim dəyişmələri şərtləndirir. İndiki arzuolunmaz xarici amillər fonunda hər bir ölkə özünün daxili istehsalını qorumaqla bərabər, ərzaq təhlükəsizliyinə, özünütəminat səviyyəsinin yüksəldilməsinə nail olmalıdır.
İşğaldan azad olunmuş ərazilərdə böyük imkanlar
Ölkədə kənd təsərrüfatının inkişaf perspektivlərindən bəhs edərkən Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin böyük aqrar potensialının olması reallığını mütləq qaydada nəzərə almaq lazımdır. Tarixən də burada kənd təsərrüfatında ayrı-ayrı istiqamətlər üzrə yaxşı ənənələr formalaşıb, demək olar ki, hər rayon bu və ya digər istiqamət üzrə ixtisaslaşıb. Mütəxəssislərin də qənaəti belədir ki, ənənələri dirçəltməklə Cəbrayılda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalıda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdamda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcərdə heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçında heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlıda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzulidə taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənddə heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşa rayonunda heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilanda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələrini dirçəltmək və inkişaf etdirmək mümkündür. Bununla da həm ölkənin ərzaq təhlükəsizliyinə güclü dəstək veriləcək, həm də Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artması üçün yeni mənbə formalaşmış olacaq.
Digər bir mühüm məqam ondan ibarədir ki, azad ərazilərin aqrar potensialının hərəkətə gətirilməsi Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramının həyata keçirilməsinə də güclü təkan verəcək. Bu gün azad ərazilərdə 80 mindən çox əhali yaşayır. Buradan da doğma yurd yerlərinə məmnuniyyətlə köç edən insanların məşğulluğu məsələsinin aktuallığı gündəmə gəlir. Bəhs olunan ərazilərin aqrar potensialının hərəkətə gətirilməsi isə yeni iş yerlərinin açılması deməkdir.
İşğaldan azad olunmuş ərazilərin aqrar imkanlarından geniş istifadə olunması üçün bütün zəruri şərtlər var. Xüsusilə də bu yerlərin münbit torpağı və su ehtiyatlarının zənginliyi kənd təsərüfatında yüksək məhsuldarlıq əldə edilməsinə şərait yaradır. “Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”, - deyə Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədəki çıxışında vurğulayıb.
Böyük Qayıdış proqramının icrasında mühüm addım
Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə bütün bərpa-quruculuq işləri planlı şəkildə reallaşdırılır. Bu, həm də torpaqların əkin dövriyyəsinə cəlb edilməsinə aiddir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu günlərdə KİV-ə verdiyi müsahibəsində azad ərazilərdə görülən işlərin iki mərhələsini fərqləndirib. İlk mərhələ 2020-2025-ci illəri əhatə edir. Bu dövr daha çox infrastrukturun qurulması, şəraitin yaradılması, yeni kənd və şəhərlərin salınması, eləcə də əhali üçün kənd təsərrüfatının təşkili modelinin formalaşdırılması axtarışları ilə xarakterizə olunur.
İkinci mərhələdə isə kəndlərdə yaşayan, geriyə qayıdan əhaliyə 2025-ci ildən etibarən torpaqların təhkim olunması prosesinə başlanılıb. Artıq 14 kənddə bu istiqamətdə zəruri prosedurlar həyata keçirilir. Qurum rəsmisinin məlumatına görə, həmin kəndlərdən doqquzunda işlər başa çatdırılıb və fermerlərlə, əhali ilə müvafiq müqavilələr bağlanılıb.
Qeyd edək ki, fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi müəyyənləşdirilib - bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir. Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Məsələn, Ağalı kəndində 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır.
Nazir bildirib ki, mühüm istiqamətlərdən biri investisiya məqsədlidir, daha çox ərzaq təhlükəsizliyinə hesablanıb. Yəni daha dəyərli məhsul istehsalı istiqamətində torpaqların bu sahədə çalışan peşəkar fiziki və hüquqi şəxslərə - investorlara təhkim olunmasıdır. Bu, dövlət başçısının müvafiq fərmanı çərçivəsində həyata keçirilir. Fikirlərinə davam edən nazir bildirib: “Biz artıq iki müsabiqə keçirmişik. İlk müsabiqədə investorlarla təxminən 3 min 500 hektara yaxın sahə üçün müqavilə bağlanıb, növbəti beş il ərzində 70 milyon manata yaxın investisiya qoyulması nəzərdə tutulur. İkinci müsabiqədə 13 min hektar sahə müsabiqəyə çıxarılmışdı və həmin müsabiqə bu ilin fevral ayında başa çatdı. Hazırda müqavilələrin bağlanması üçün yekun proseslər həyata keçirilir. Müqavilə çərçivəsində növbəti beş il ərzində 100 milyon manatdan çox investisiyanın qoyulması nəzərdə tutulur. Burada müxtəlif istiqamətli torpaq təhkimləri həyata keçirilir. Bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq, istixana, gülçülük, aqroturizm istiqamətli layihələr təqdim olunur və komissiya tərəfindən baxılaraq qaliblər elan edilir. Qeyd edim ki, hazırda üçüncü və dördüncü investisiya müsabiqələri elan olunub və onların sənəd qəbulu həyata keçirilir”.
Aqroparklar azad ərazilərin iqtisadi gələcəyini müəyyənləşdirəcək
Bu günlərdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Ağdərə və Xocalı rayonlarına səfər çərçivəsində Ağdərə rayonunun Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər. Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.
Qeyd edək ki, “Frutti Aqro” işğaldan azad olunan ərazilərdə yaradılan müasir təsərrüfatlardan biridir. Məlumdur ki, postmüharibə dövründə azad ərazilərdə quruculuq-bərpa işləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq “yaşıl zona” konsepti və innovativ yanaşmalar əsasında həyata keçirilir. Hazırda bunun təzahürlərini həmçinin aqrar sektorda da aydın şəkildə görmək mümkündür. Aqroparkların yaradılması da buna yaxşı nümunədir. Hazırda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 20 oktyabr 2022-ci il tarixində birinci mərhələsi istifadəyə verilən “Dost” aqroparkı uğurla fəaliyyət göstərir. Bu kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Əlamətdar haldır ki, “Dost” aqroparkının ət məhsulları satış bazarlarına “Made in Qarabağ” etiketi ilə çıxarılır.
Geniş aqrar potensiala malik Laçında isə Aqro-Sənaye Parkı yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq çoxlu sayda müəssisə fəaliyyət göstərir. O cümlədən burada müasir istixanalar, hidroponik şitilxanalar, tingçilik təsərrüfatı, göbələkçilik və yem yetişdirmə modulları yaradılıb. 27 may 2025-ci il tarixində isə Prezident İlham Əliyev aqro-sənaye parkında “LATIFA” tikiş fabrikinin açılışına qatılıb.
Bütövlükdə, aqroparklar müasir aqrar istehsalın təşkili, yeni texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması baxımından mühüm rol oynayır. Mütəxəssislər bildirilər ki, innovativ təsərrüfatlar Qarabağın iqtisadi gələcəyini müəyyənləşdirəcək. Bir qədər bundan əvvəl azad ərazilərdə yerli və mərkəzi icra strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən aqrar müşavirədə azad ərazilərdə yeni müasir təsərrüfatların yaradılacağının anonsu edilib. Bildirildiyi kimi, hazırda Cəbrayıl rayonunda 28 milyon manat dəyərində damazlıq yumurta kompleksi yaradılır. Quşçuluq kompleksi 40 hektar sahəni əhatə edəcək və 2027-ci ilin ortalarında tam istismara verilməsi nəzərdə tutulur.
“Azorqanika” müəssisəsi isə Cəbrayıl rayonu ərazisində dəyəri 30 milyon manat olan istixana kompleksinin tikintisini planlaşdırır. Aqrar müşavirədə “Azorqanika” MMC-nin rəhbəri Nicat Məmmədov bildirib ki, layihə Quşçular kəndi ərazisində reallaşdırılacaq və 30 hektar ərazini əhatə edəcək. O həmçinin Zəngilan rayonunun Baharlı kəndində 102 hektar ərazidə intensiv və superintensiv bağların salınmasını vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

