Yeni regional nizam: sülh Cənubi Qafqaza nə vəd edir?
19.06.2026 [11:26]
Azərbaycanın yaratdığı geosiyasi reallıqlar fonunda əməkdaşlıq, inteqrasiya və davamlı inkişaf perspektivləri
2020-ci ildə baş vermiş Vətən müharibəsi yalnız Azərbaycanın hərbi-siyasi qələbəsi ilə yekunlaşmadı, həm də bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da regionda uzun illər davam edən münaqişə mərhələsi arxada qaldı və yeni inkişaf dövrünün təməli qoyuldu. Müharibədən sonrakı mərhələdə formalaşan reallıqlar təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yeni imkanlar yaratdı. Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, Bakı əldə etdiyi hərbi-siyasi üstünlüyü revanşizm və qarşıdurma siyasətinə deyil, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər sisteminin qurulmasına yönəltdi.
Müharibədən sonrakı dövrdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər, xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması, regional inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı layihələr yeni regional düzənin əsas konturlarını formalaşdırdı. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) ideyası yalnız bir nəqliyyat layihəsi deyil, həm də region ölkələrini bir-birinə bağlayan strateji inkişaf konsepsiyası kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən bu layihə Şərq ilə Qərbi, həm də Şimal ilə Cənubu inteqrasiya yolu ilə birləşdirən mühüm logistika xəttinə çevrilmək potensialına malikdir.
Bu gün Cənubi Qafqaz tarixi dönüş nöqtəsində dayanır. Uzun illər münaqişələrin, siyasi gərginliyin və qarşılıqlı etimadsızlığın hökm sürdüyü region artıq əməkdaşlıq, iqtisadi inteqrasiya və sabit inkişaf imkanları ilə üz-üzədir. Dünya miqyasında nəqliyyat marşrutlarının və ticarət əlaqələrinin yenidən formalaşdığı bir dövrdə Cənubi Qafqazın strateji əhəmiyyəti daha da artır. Məhz buna görə də bölgədə yaranmış yeni reallıqların düzgün qiymətləndirilməsi və davamlı sülhün təmin olunması gələcək inkişaf üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, regionun rifahı yalnız qarşıdurma səhifəsinin bağlanması və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi ilə mümkündür.
Yeni münasibətlər sistemi nə vəd edir?
2020-ci ildən sonra formalaşmağa başlayan yeni regional münasibətlər sistemi Cənubi Qafqaz üçün tamamilə fərqli perspektivlər açır. Uzun illər ərzində bölgənin inkişafına mane olan münaqişə faktoru aradan qalxdıqca, iqtisadi inteqrasiya və qarşılıqlı əməkdaşlıq imkanları ön plana çıxır. Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi konstruktiv yanaşma, revanşizmə deyil, sülhə və əməkdaşlığa üstünlük verməsi regionda yeni siyasi atmosfer yaradıb. Bu yanaşma həm region dövlətlərinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verir.
Yeni münasibətlər sisteminin əsas xüsusiyyətlərindən biri iqtisadi əməkdaşlığın siyasi münasibətlərə müsbət təsir göstərməsidir. Müasir dünyada davamlı inkişafın əsas şərtlərindən biri regional inteqrasiyadır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri region ölkələrinin iqtisadi potensialını artırmaqla yanaşı, onları qlobal iqtisadi sistemin mühüm iştirakçılarına çevirir. Bu layihələr vasitəsilə Avropa, Asiya və Yaxın Şərq arasında yeni ticarət marşrutları formalaşır ki, bu da Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Vurğulandığı kimi, Zəngəzur dəhlizi (TRİPP) bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Layihənin reallaşması Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa birləşdirməklə yanaşı, regionda yeni iqtisadi imkanlar yaradacaq. Eyni zamanda Ermənistan da bu prosesdən faydalanmaq imkanı əldə edəcək. Uzun illər regional layihələrdən kənarda qalan Ermənistan yeni kommunikasiya xətlərinə qoşulmaqla iqtisadi canlanma əldə edə, yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər. Beləliklə, yeni münasibətlər sistemi qalib və məğlub anlayışlarından daha çox, qarşılıqlı fayda və ortaq maraqlar prinsipi üzərində qurulur.
Digər tərəfdən, yeni regional nizam beynəlxalq investorların diqqətini də bölgəyə cəlb edir. Sabitlik və təhlükəsizlik mühiti gücləndikcə xarici investisiyalar üçün daha əlverişli şərait formalaşır. Bu isə yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı və ümumi rifah səviyyəsinin yüksəlməsi deməkdir. Nəticə etibarilə, Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni münasibətlər sistemi regionu münaqişə məkanından əməkdaşlıq məkanına çevirmək potensialına malikdir.
Əməkdaşlıq həm də sabitlik deməkdir
Tarix göstərir ki, iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələr regional sabitliyin qorunmasının ən effektiv vasitələrindən biridir. Dövlətlər arasında iqtisadi əlaqələr nə qədər güclü olarsa, qarşıdurma ehtimalları da bir o qədər azalır. Bu baxımdan Cənubi Qafqazda əməkdaşlıq imkanlarının genişlənməsi bölgənin təhlükəsizlik mühitinə mühüm töhfə verə bilər. Müharibədən sonrakı dövrdə yaranan yeni geosiyasi vəziyyət region dövlətlərini əməkdaşlığa sövq edən əsas amillərdən biri kimi çıxış edir.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri artıq uzun illərdir ki, beynəlxalq əhəmiyyət daşıyır. Bu layihələr təkcə iqtisadi fayda gətirmir, eyni zamanda müxtəlif ölkələri ortaq maraqlar ətrafında birləşdirir. Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığı danılmaz faktdır. Eyni zamanda nəqliyyat-logistika marşrutlarının inkişafı regionu beynəlxalq ticarət şəbəkəsinin vacib halqasına çevirir. Belə şəraitdə sabitliyin qorunması yalnız regional deyil, həm də qlobal əhəmiyyət kəsb edir.
Qeyd edilən beynəlxalq aktorların regiona marağının artması da məhz bu amillərlə bağlıdır. Cənubi Qafqaz artıq yalnız siyasi münaqişələr kontekstində deyil, iqtisadi imkanlar və strateji potensial baxımından qiymətləndirilir. Alternativ enerji marşrutları, Orta Dəhliz layihəsi və yeni logistika imkanları dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda regionun əhəmiyyətini daha da artırır. Bu isə bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasını prioritet məsələyə çevirir.
Əməkdaşlığın genişlənməsi xalqlar arasında etimadın formalaşmasına da xidmət edir. Uzunmüddətli sülh yalnız siyasi sənədlərlə deyil, iqtisadi və humanitar əlaqələrin inkişafı ilə möhkəmlənə bilər. Buna görə də əməkdaşlıq yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də təhlükəsizlik və rifahın təminatçısı kimi çıxış edir.
Ən vacib şərt sülhdür
Bütün iqtisadi layihələrin, inteqrasiya təşəbbüslərinin və əməkdaşlıq planlarının uğurla həyata keçirilməsi üçün əsas şərt davamlı və etibarlı sülhün təmin olunmasıdır. Müharibədən sonra yaranmış yeni reallıqlar region üçün böyük imkanlar açsa da, bu imkanların tam şəkildə reallaşdırılması yalnız sülh müqaviləsinin imzalanması ilə mümkündür. Sülh olmadan iqtisadi potensialın tam istifadəsi, investisiyaların cəlb olunması və regional inteqrasiyanın dərinləşdirilməsi çətinləşir.
Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalaması təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, həm də bütün Cənubi Qafqazın gələcəyi üçün mühüm addım olacaq. Bu addım regionun uzun illər istifadəsiz qalmış iqtisadi potensialını üzə çıxara bilər. Azərbaycanın uzunmüddətli və ardıcıl xarici siyasət kursu nəticəsində formalaşmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi region dövlətləri üçün yeni imkanlar yaradır. Ermənistan da bu prosesə qoşulmaqla iqtisadi və siyasi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoya bilər.
Sülh şəraitində Ermənistan Mərkəzi Asiya ölkələri ilə daha geniş ticarət əlaqələri qurmaq, Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə etmək və regional layihələrdə iştirak etmək imkanı qazanacaq. Eyni zamanda Körfəz ölkələri, Asiya bazarları və Qlobal Cənub istiqamətində yeni iqtisadi əlaqələrin qurulması perspektivləri meydana çıxacaq. Bütün bunlar Ermənistanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilə bilər.
Lakin bunun üçün ilk növbədə siyasi iradə nümayiş etdirilməlidir. Regionda yeni dövrün tələblərinə uyğun davranmaq, keçmişin qarşıdurma siyasətindən imtina etmək və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərmək vacibdir. Qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması, münasibətlərin normallaşdırılması və hüquqi əsasların formalaşdırılması sülh prosesinin uğurunu müəyyən edən əsas amillərdir. Bunun üçün isə Ermənistan mütləq şəkildə Konstitusiyasanda yer alan Azərbaycana qarşı əsassız iddialardan geri çəkilməlidir. Məhz bu halda Cənubi Qafqaz sabitlik, rifah və inkişaf məkanına çevrilə bilər.
Rifahın əsas dayağı...
Bəli, sabitlik regionun rifahının əsas dayağıdır. Cənubi Qafqazda da bu tendensiya artıq müşahidə olunmaqdadır. Region ölkələri arasında əməkdaşlıq imkanlarının genişlənməsi iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bu amil regionun beynəlxalq sistemdə daha fəal rol oynamasına və potensialını tam reallaşdırmasına imkan yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

