Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Qayıdış: Xankəndi və Ağdərəyə daha 80 nəfər köçdü

Böyük Qayıdış: Xankəndi və Ağdərəyə daha 80 nəfər köçdü

19.06.2026 [14:33]

İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim ediblər.

Tədbirdə çıxış edən S.Qəhrəmanov sakinləri yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara doğma torpaqda xoş günlər arzulayıb. O, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burada rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib. Səbuhi Qəhrəmanov, həmçinin sakinlərin məşğulluq məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bölgədə yeni iş yerlərinin yaradıldığını, peşə hazırlığı və məşğulluq proqramlarının icra edildiyini, qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

ANAMA əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib.

Sakinlər də doğma torpağa qayıdış sevinclərini bölüşüblər.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30