Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib

19.06.2026 [15:31]

İyunun 19-da İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının son günündə İİB-nin Müdirlər Şurasına sədrlik Azərbaycan Respublikasından Burkina Fasoya təhvil verilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə İİB Qrupuna daxil olan qurumların fəaliyyətinin strateji istiqamətləri, əldə olunmuş nəticələr və qarşıdakı dövr üzrə prioritetlər nəzərdən keçirilib. Müzakirələr zamanı inklüziv iqtisadi inkişafın təşviqi, dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, qlobal iqtisadi çağırışlar fonunda dayanıqlı inkişaf məqsədlərinə nail olunması, investisiya və maliyyələşdirmə imkanlarının artırılması, eləcə də üzv ölkələr arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrliyin Burkina Fasoya təhvil verilməsi mərasimi keçirilib.

Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun növbəti İllik Toplantıları 2027-ci ildə Ciddə şəhərində keçiriləcək.

Xatırladaq ki, İslam İnkişaf Bankının Müdirlər Şurasının 2025-ci il 19–22 may tarixlərində Əlcəzair şəhərində keçirilmiş iclasından sonra Şuraya sədrliyin həyata keçirilməsi Azərbaycan Respublikasına həvalə edilmişdi.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30