Türk dünyasının münasibətlərində mühüm bir mərhələ
20.06.2026 [13:25]
Şuşa Forumunda rəqabət sahəsində strateji fəaliyyət prioritetləri müəyyənləşdirilib
2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) qısa zamanda regional aktordan uğurlu qlobal təsisata transformasiya olunmaqdadır. Azərbaycan təşkilatın bütün inkişaf mərhələlərində yüksəksəviyyəli fəaliyyəti ilə seçilib - qurumun institusional təşkilatlanmasında, funksionallığının artmasında fəal rol oynayıb və hazırda da öz missiyasını davam etdirməkdədir. O cümlədən TDT tarixində ilk qeyri-formal Zirvə görüşü məhz azad Şuşada baş tutub.
Bu günlərdə isə Şuşada Türk Dövlətləri Təşkiltının daha bir mötəbər tədbiri - üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin Forumu keçirilib.Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri Birgə Kommünike imzalayıblar. Verilən məlumata əsasən, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən olunmasını əhatə edir.
Genişlənən iqtisadi əlaqələr və artan qarşılıqlı ticarət dövriyyəsi
Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir. Türk dövlətləri böyük coğrafiya ilə yanaşı, həm də böyük iqtisadiyyatdır. 2025-ci ildə Türk dövlətlərinin ümumi ÜDM-i 2,11 trilyon dollar təşkil edib və bu, qlobal iqtisadiyyatın təxminən 2 faizinə bərabər olub. Əhalinin sayı isə 178,8 milyon nəfərlə dünya əhalisinin 2,8 faizini təşkil edib.
Ötən il qlobal iqtisadi artım 3,2 faiz olduğu halda, Türk dövlətlərində bu göstərici 5,2 faiz təşkil edib. Ticarət dövriyyəsi isə 1,12 trilyon dollara çataraq qlobal ticarətin 3,6 faizini təşkil edib. Türkiyə 638,7 milyard dollar ilə ən yüksək ticarət həcminə malik olub. Bütövlükdə, Türk dövlətlərinin iqtisadi potensialının artdığı və qlobal iqtisadiyyatda rolunun gücləndiyi müşahidə edilir.
Güclü iqtisadi potensiala malik Azərbaycan Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə davamlı töhfələr verir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Azərbaycan TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini ölkənin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə jurnalistlərə açıqlamasında Şuşa Forumunun önəminə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, keçirilən tədbir Türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir. Bildirib ki, Şuşa Forumunda qəbul olunan Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək.
Yeni əməkdaşlıq istiqamətlərı
İndiyədək TDT-na daxil olan ölkələr arasında bir sıra istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı ticarəti asanlaşdırmaq üçün koordinasiyalı fəaliyyətlər təmin olunub. Məsələn, Türk Dövlətləri Təşkilatı hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində önəmli addım hesab olunur və bu addım sayəsində TDT hökumətləri arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə edilir.
Eləcə də 2023-cü il martın 16-da Ankara şəhərində “Türk İnvestisiya Fondunun yaradılması haqqında” saziş imzalanıb. Prezident İlham Əliyev bəhs olunan sazişin Azərbaycan tərəfindən təsdiq edilməsi haqqında Qanunu 30 may 2023-cü il tarixində imzalayıb. Nizamnamə kapitalı 600 milyon dollar həcmində olan Türk İnvestisiya Fondu hazırda altı üzv dövlətdən ibarətdir. Üzv dövlətlər Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistandır. Fond Türk dövlətləri tərəfindən təsis edilmiş ilk və əsas birgə maliyyə institutudur və Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin iqtisadi potensialını səfərbər edərək, onların arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək və birgə layihələri həyata keçirmək məqsədi daşıyır. Fondun dəstəkləməsi üçün kənd təsərrüfatı, logistika və nəqliyyat, enerji səmərəliliyi, bərpa olunan və alternativ enerji mənbələri, istehsalla bağlı sənaye layihələri, informasiya və kommunikasiya texnologiyaları, turizm, infrastruktur inkişaf layihələri, insan inkişafı, yaradıcı sənaye, startap layihələri, gənc sahibkarların dəstəklənməsi, təbii və şəhər mühiti planları prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Tədbirdə Türkiyənin rəqabət siyasəti sahəsində qazandığı təcrübə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlər üçün faydalı hesab olunduğuna diqqət çəkilib. Mütəxəssislərin qənaətinə görə, TDT-yə üzv ölkələrin böyük hissəsi müstəqilliyini nisbətən yaxın dövrdə qazandığı üçün rəqabət siyasəti sahəsində müxtəlif inkişaf pillələrindədirlər. Yekdil fikir belə olub ki, Türkiyə bu istiqamətdə daha geniş təcrübəyə sahibdir. Bu təcrübə Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətlidir. Əsas hədəf bütün üzv ölkələrin birgə inkişafını təmin etməkdir.
Birgə araşdırmaların aparılması gündəmdə
Tədbirdə həmçinin üzv dövlətlərin rəqabət qurumları arasında birgə araşdırmaların aparılması məsələsi də gündəmə gətirilib. Bu barədə Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle öz fikirlərini açıqlayıb.
O bildirib ki, rəqabət sahəsində nəzəri diskussiyalardan əməli əməkdaşlığa keçid zərurətə çevrilib. Fikirlərinə davam edən qurum rəsmisi vurğulayıb: “Rəqabətin üstünlükləri ilə əlaqədar çoxsaylı nəzəri tədqiqatlar aparılıb. Artıq nəzəri müzakirələri geridə qoyaraq praktik tətbiqlərə yönəlməliyik. Bu, rəqabət qurumlarının birgə fəaliyyət göstərərək ortaq layihələr reallaşdırması, ümumi problemlərə qarşı vahid həll yolları işləyib hazırlaması və müştərək sektor araşdırmaları aparması anlamına gəlir”.
Hazırda qloballaşan dünyada rəqabət siyasəti sahəsində ortaya çıxan problemlər artıq müəyyən regionlarla hüdudlanmır və bir sıra ölkələr eyni tipli çağırışlarla qarşılaşır. “Bu səbəbdən, TDT dövlətlərinin rəqabət qurumlarının birgə fəaliyyət göstərməsi həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyətli nəticələr ortaya qoya bilər”, - deyə Birol Küle bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35

