/ / Mark Rutte: NATO-nun sammiti 3 minə yaxın müdafiə şirkəti olan əsas mərkəzdə - Türkiyədə keçiriləcək
Mark Rutte: NATO-nun sammiti 3 minə yaxın müdafiə şirkəti olan əsas mərkəzdə - Türkiyədə keçiriləcək
01.07.2026 [21:53]
NATO-nun Baş katibi Mark Rutte müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməli və sənaye istehsalını artırmalı olduqlarını qeyd edərək bildirib ki, Türkiyə təxminən 3 min müdafiə şirkətinə malik olan əsas mərkəzdir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Alyansın rəhbəri sammit ərəfəsində verdiyi bəyanatda vurğulayıb: “NATO-nun bu sammiti ABŞ-dən həddindən artıq asılı olduğumuz əvvəlki tədbirdən fərqlidir”. O, gələn həftə Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitinin “təminat və icra zirvəsi” olacağını qeyd edərək bildirib ki, hərbi xərclər, Ukraynaya dəstək və müdafiə sənayesi istehsalı Alyansın əsas prioritetləridir.
“Anadolu” agentliyinə müsahibə verən Rutte müttəfiqlərin ötən il Haaqa şəhərində keçirilən NATO Zirvə Toplantısında, xüsusən də müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin diqqət mərkəzində olacağının gözlənildiyini bildirib. O, Avropa müttəfiqlərinin və Kanadanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını və son iki ildə təxminən 250 milyard dollar əlavə vəsait ayrıldığını qeyd edib.
Rutte, həmçinin NATO-nun Ukraynaya dəstəyini davam etdirməli olduğunu və Alyansda müdafiə sənayesi istehsalının artırılmasının vacibliyini diqqətə çatdırıb: “Müdafiə sənayesi istehsalını həqiqətən artırmalıyıq, çünki bu, bizim çəkindirmə mexanizmimizin ayrılmaz hissəsidir. Təəssüf ki, istehsal müddətləri çox uzun olaraq qalır və irəliləyişlərə baxmayaraq, məhsuldarlıq kifayət qədər deyil”.
Türkiyənin rolunu vurğulayan Rutte, bu ölkənin təxminən 3 min şirkət ilə əsas müdafiə sənayesi mərkəzinə çevrildiyini bildirib. O, genişlənən müdafiə sənayesi bazasına və artan texnoloji imkanlarına istinad edərək əlavə edib ki, Türkiyə Alyans üçün vacib ölkədir.
Rutte hər üç prioritet üzrə irəliləyiş əldə edildiyini deyib, lakin sammit zamanı bunlardan birinin dominant məsələ kimi ortaya çıxa biləcəyini bildirib: “Ümumiyyətlə, işlər yaxşılaşır, amma düşünürəm ki, bu üç prioritetdən biri ən mühüm olacaq. Sammitin açılışı günündə NATO Müdafiə Sənayesi Forumunda bu məsələnin əsas diqqət mərkəzində olacağı gözlənilir”.
İyulun 7-8-də Ankarada keçiriləcək sammit NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirəcək. Bu, alyansın 36-cı zirvəsi və 2004-cü ildə İstanbulda keçirilən sammitdən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci mötəbər tədbir olacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

