Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
07.07.2026 [11:34]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlətimizin başçısı ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

