/ / Bakı-Brüssel tərəfdaşlığında yeni mərhələ: Bərpaolunan enerji potensialı və qlobal yaşıl keçid strategiyası
Bakı-Brüssel tərəfdaşlığında yeni mərhələ: Bərpaolunan enerji potensialı və qlobal yaşıl keçid strategiyası
08.07.2026 [18:55]
Orxan Hüseynzadə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Satınalma və Təchizat Departamentinin direktoru, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana reallaşan rəsmi səfəri və Prezident İlham Əliyevin bəyanatı, Bakı ilə Brüssel arasındakı münasibətlərin ekoloji və iqtisadi müstəvidə tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Azərbaycan Prezidentinin formalaşdırdığı uzaqgörən xətt, müasir dövrün qlobal iqlim çağırışlarına və dünyanın gələcək inkişaf hədəflərinə yönəlmiş çox məntiqli və real bir cavab modelidir. Bu çərçivədə iki tərəf arasındakı dialoqun ən mühüm və gələcəyə hesablanmış hissəsini məhz bərpaolunan enerji sahəsi təşkil edir.
Azərbaycan artıq yalnız ənənəvi neft-qaz resurslarının tədarükçüsü deyil, həm də Avropanın gələcək təmiz enerji layihələrində ən yaxın strateji tərəfdaşı olmaq potensialını ortaya qoyur. Ölkəmizin zəngin günəş, külək və su elektrik enerjisi potensialı, həmçinin bu resursların daşınması üçün mövcud olan və gələcəkdə tikiləcək yeni ötürmə xətləri bu tərəfdaşlığın əsas bazasını formalaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən investisiya siyasəti sayəsində, xarici və yerli şirkətlərlə imzalanmış mövcud müqavilələr növbəti 5-6 il ərzində Azərbaycana 8 giqavat həcmində günəş və külək enerjisi əldə etmək imkanı verəcəkdir. Bu rəqəm kağız üzərində qalan bir hədəf deyil, hüquqi baxımdan təsdiqlənmiş konkret bir öhdəlikdir və real hədəflərin miqyasını göstərir. Eyni zamanda, gələcəkdə bu həcmlərin daha da artacağı şübhəsizdir.
Dövlətimizin yürütdüyü bu enerji siyasəti, həm ekoloji balansı qorumaq, həm də dünya naminə təmiz bir gələcək qurmaq üçün atılmış çox mühüm addımdır. Avropa Komissiyasının bu prosesdə təklif etdiyi fəal dəstək ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.
Beləliklə, Azərbaycanın yaşıl enerji sahəsində nümayiş etdirdiyi qətiyyətli siyasət Cənubi Qafqazı münaqişələrdən uzaq, ekoloji baxımdan təmiz və sabit bir tərəfdaşlıq regionuna çevirir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

