İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
14.07.2026 [12:17]
Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi icbari tibbi sığorta sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, elektron informasiya sistemindən istifadənin hüquqi əsaslarının dəqiqləşdirilməsi və əlaqəli qanunvericilik aktlarının uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Layihəyə əsasən, "Tibbi sığorta haqqında" Qanuna "icbari tibbi sığorta fondu" anlayışı əlavə edilir. Yeni müddəaya görə, icbari tibbi sığorta fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən idarə olunan, dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik məqsədli dövlət maliyyə fondu kimi müəyyən edilir.
Bununla yanaşı, qanunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinə dair müddəalar yenilənir. Dəyişikliklərə əsasən, bu əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Qanun layihəsində, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 1.0.17-ci maddəsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, həmin maddədən "və reabilitasiya imkanlarının" sözləri çıxarılır.
Qeyd olunub ki, dəyişikliklər icbari tibbi sığorta sisteminin fəaliyyətinin daha səmərəli təşkilinə, elektron idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və qanunvericilikdə terminoloji dəqiqliyin təmininə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
Xəbər lenti
Hamısına baxElm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20

