Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar

Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar

17.07.2026 [13:19]

Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar.

AZƏRTAC xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən başlayan “Sabah”, “Qarabağ” və “Zirə” hər iki görüşlərini qələbə ilə başa vurublar. Topların nisbəti isə 16:1-dir.

İlk raundda “Sabah” Çempionlar Liqasında UELS-in TNS klubunu (2:0, 2:1), “Qarabağ” İslanadiyanın “Vestri” kollektivini (hər iki oyunda 3:0), “Zirə” isə Gürcüstanın “Torpedo” komandasını (hər iki matçda 3:0) məğlub edib.

Bu, Azərbaycan futbolunun tarixində avrokubokların bir mərhələsində qazanılan ən çox qələbə sayıdır. Buna qədər ən yaxşı göstərici 2017-2018-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt Azərbaycan təmsilçiləri 2 raundda ümumilikdə 6 qalibiyyət əldə etmişdilər.

“Sabah”, “Qarabağ” və “Zirə”nin uğurlu nəticələri Azərbaycanı bu göstərici üzrə Avropada zirvəyə yüksəldib. Belə ki, Azərbaycan bu mövsüm avrokuboklarda mübarizəyə start verən 33 ölkə arasında qələbə sayına görə liderdir.

Beləliklə, I təsnifat mərhələsindən sonra Azərbaycanın UEFA reytinqində qazandığı əmsal 1,500-ə çatıb. Ölkəmiz 20,062 reytinq xalı ilə 26-cı pillədə yer alıb.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31