Azad ərazilər “yaşıl enerji” regionuna çevrilir
17.07.2026 [11:31]
Bölgədə istifadəyə verilən SES-lər Azərbaycanın bərpaolunan enerji gücünün artmasında mühüm rol oynayır
Məlum olduğu kimi, Prezident İlham Əliyev Laçın rayonuna səfər çərçivəsində Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışını edib. Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. “Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının “yaşıl enerji” hesabına ödənilməsinə imkan verəcək.
Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası isə ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı “yaşıl enerji” hesabına təmin ediləcək. Digər stansiya - 4 MVt gücündə olan “Şeylanlı” SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının “yaşıl enerji” hesabına təmin edilməsinə imkan verəcək.
Qarabağ və Şərqi Zəngəzur - “Yaşıl Enerji Zonası”
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq “yaşıl enerji” ilə təmin ediləcək.
Son 5 ildə azad ərazilərdə 40-a yaxın SES istifadəyə verilib
SES-lər Azərbaycanın müasir enerji gündəliyinin aparıcı xətti olan “yaşıl enerji” istehsalında mühüm yer tutmaqdadır. Son illər bu stansiyaların inşası istiqamətində ardıcıl addımlar atılır, xüsusilə də azad edilmiş ərazilərdə hər il yeni SES-lər istifadəyə verilir. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib. Bölgədə müasir tələblərə cavab verən yeni güclərin və infrastrukturun yaradılması, qabaqcıl texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması istiqamətində tədbirlər davam etdirilib, hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələri hasilata hazır vəziyyətə gətirilib. Son beş ildə Laçın rayonunda 3,5 MVt gücündə “Mirik” və 3,1 MVt gücündə “Aşağı Malıbəy” kiçik su elektrik stansiyaları, həmçinin “Qoşasu”, “Seyidlər” və “Bülövlü” kiçik su elektrik stansiyaları istismara verilib.
Kəlbəcər rayonunun Vəng kəndində 5 MVt gücündə “Çaykənd-2”, 8,6 MVt gücündə “Aşağı Vəng”, 4,1 MVt gücündə “Toğanalı”, 8,8 MVt gücündə “Nadirxanlı” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Habelə Ağdərə rayonu ərazisində 14,7 MVt gücündə “Qozlukörpü” KSES-in inşası yekunlaşıb. Zəngilan və Qubadlı rayonlarında Bəsitçay və Həkəri çayı hövzələrində yerləşən silsilə su elektrik stansiyalarının inşası davam etdirilir. Ümumilikdə, son 5 ildə Laçında, Kəlbəcərdə və Suqovuşanda 40-a yaxın su elektrik stansiyası istismara verilib. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Nəticədə, işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Həmin SES-lərin hər biri vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi və qəbul edilməsi təmin olunub.
Beləliklə, azad edilmiş ərazilər yaxın illərdə SES-lərin əsas mənbəyi və “yaşıl enerji” hubunun əsas mərkəzi olmaqla, Azərbaycanın bərpaolunan enerji gücünün artmasında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

